Yanvarda ipoteka kreditləşməsi 6 dəfə azalıb

Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları 2014-cü ilin yanvar ayında əhaliyə 2,5 mln manatlıq kredit verib, bu da ötən ilin dekabr ayından 6 dəfə azdır.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat ayında fond tərəfindən ümumilikdə 9,9 mln manatlıq kredit təkrar maliyyyələşdirilib.

Bu vaxt ərzində İpoteka Fondunun xətti ilə ümumilikdə 535 mln manatlıq ipoteka krediti verilib.

Azərbaycanda mərkəzləşdirilmiş ipoteka kreditləşməsi 2006-cı ildə start götürüb, ancaq artıq 2007-ci ilin iyun ayında vəsait çatışmazlığından 2009-cu ilin yayına qədər dayandırılıb. Kreditləşmənin bərpasından sonra dövlət yalnız sosial ipotekanı maliyyələşdirməyə başladı. Bu il bu məqsədlər üçün dövlət büdcəsindən 2013-cü ildə olduğu kimi 40 mln manat yönəldiləcək.

Adi ipoteka AİF-nun istiqraz vərəqələrinin buraxılması hesabına maliyyələşdirilir. Bu məqsədlər üçün 2009-2013-cü illərdə İpoteka Fondu 55 mln, 75 mln, 60 mln, 20 mln, 30 mln, 40 mln və 20 mln manatlıq 7 emissiya yerləşdirib. Sonuncu emissiya 2013-cü ilin dekabr ayında yerləşdirilib, AİF-nun 40 mln manatlıq yeni qiymətli kağızlarının buraxılışı 2014-cü ilin yanvar ayının sonlarında qeydiyyatdan keçib, görünür agent bankların yanvarda ipoteka kreditləşməsinə belə zəif marağı da onunla bağlıdır.

28 yerli bank AİF-in agentidir. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına illik 8% dərəcəsindən yüksək olmayaraq 25 il müddətinə 50 min manat həcmində verilir. İmtiyazlı kreditlər 30 il müddətinə illik 4% dərəcəsi ilə 50 min manat həcmində verilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar