“Türk Yıldızları” şəhidləri belə yad etdi – VİDEO

Türkiyə Hərbi Hava Qüvvələrinin səmada akrobatik hərəkətlər yerinə yetirməklə məşhur olan xüsusi briqadası – “Türk Yıldızları”nın martın 18-də Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 101-ci ildönümü münasibətilə Gelibolu yarımadasında gerçəkləşdirdiyi “Anma uçuşu”nun videosu briqadanın rəsmi “Youtube” səhifəsində paylaşılıb.

Teleqraf.com xəbər verir ki, “Türk Yıldızları”nın 18 mart Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 101-ci ildönümü münasibətilə nümayiş etdirdiyi görüntülər sənədli film olacaq.

“Anma uçuşu” adı altında həyata keçirilən uçuşun qısa videosunda isə “Türk Yıldızları”nın bir taqımının uçuş öncəsi son terror olaylarında şəhid olan əsgər və polislərin inisiallarını qırıcı təyyarələrin gövdəsinə həkk etməsinin hekayəsi anladılır.

Təyyarələrin üzərinə yazılmış şəhidlərin inisiallarına baxarkən duyğusal anlar yaşayan pilotlar daha sonra Gelibolu yarıdamasında “Anma uçuşu”nu gerçəkləşdirirlər.

Təyyarələr havaya qalxdıqdan qısa bir müddət sonra isə ratsiyada taqım komandirinin “Təyyarələrimizdə qəhrəmanlarımızın adlarıyla Yahya Çavuşa, Seyid Onbaşıya, Arıburnuna, Conkbayırına, Mustafa Kamal Paşaya gəldik... Növbəni biz təhvil aldıq, bizdən sonrakına təhvil vermədən ölməyəcəyik. Varlığımız türk varlığına ərməğan olsun!” sözləri eşidilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar