BRÜSSELDƏ SİLSİLƏ TERAKTLAR - 34 ölü, 198 yaralı - VİDEO, FOTOLAR, YENİLƏNİR

Terror aktlarının məsuliyyətini İŞİD öz üzərinə götürüb

Brüsseldə baş verən terror aktları nəticəsində ölənlərin sayı 34-ə çatıb, daha 198 nəfər isə yaralanıb. Virtualaz.org-un məlumatına görə, bunu Belçika hakimiyyəti təsdiqləyib.

Qeyd olunur ki, metro stansiyalarındakı baş verən partlayışlar nəticəsində 20 nəfər həlak olub, 106 nəfər yaralanıb, hava limanında baş verən partlayışlar nəticəsində isə 14 nəfər ölüb, 92 nəfər yaralanıb.

Günortadan sonra Brüsselin səhər saatlarında partladılan aeroportunda daha bir partlayış qeydə alınıb. Məlumatı yerli telekanallar yayıb.

Bundan başqa o da bildirilir ki, hadisə baş verən ərazidə hücum edənlərin birinin meyitinin yanından "Kalaşnikov" avtomatı tapılıb.

Qeyd edək ki, Brüsseldəki terror aktlarının məsuliyyətini İŞİD öz üzərinə götürüb. Misir KİV-nin məlumatına görə, bu barədə terror qruplaşmasına yaxın olan "Amak" informasiya agentliyi məlumat yayıb.

İŞİD təmsilçiləri öz açıqlamalarında bu teraktların təffərrüatlarını nəinki gizlətməyiblər, əksinə Avropanı yeni terror aktları ilə hədələyiblər.

Belçika hökuməti Brüsseldəki partlayışlardan sonra ölkənin sərhədlərini bağlayıb.Məlumatı yerli RTBF telekanalı yayıb.

Bu dəqiqələrdə yayılan başqa bir məlumata görə isə Brüsseldə Avropa təsisatlarının yerləşdiyi küçədə daha bir partlayış qeydə alınıb. Ehtimal olunur ki, bu partlayış minaaxtaranların keçirdikləri əməliyyat zamanı baş verib.

**********

Belçika paytaxtının metrosunda sayca 4-cü partlayış qeydə alınıb."Brüsseldə 4-cü dərəcəli antiterror hazırlığı elan olunub. Bu o deməkdir ki, metro, təhsil ocaqları, ümumiyyətlə insanların sıx toplaşdıqları bütün obyektlər bağlanıb".

Məlumatı yerli telekanallar yayıb.

Yayılan məlumatlarda o da bildirilir ki, hədsiz yüklənmədən ölkənin mobil rabitə sistemində də problem yaranıb.

Lap son məlumata görə isə aeroportdakı partlayışları kamikadze törədib. Polis hadisə yerindən üstünə partlayıcı qurğu bağlanmış 3 ədəd "canlı bomba" kəməri tapıb.

**********

Belçikanın paytaxtı Brüsseldə törədilən partlayışlarla bağlı rəsmi açıqlama verilib.APA-nın xarici KİV-ə istinadən məlumatına görə, Zaventem hava limanında ard-arda törədilən iki partlayışda 11 nəfər, metroda törədilən partlayışda isə 15 nəfər olmaqla, ümumilikdə 26 nəfər ölüb, 35 nəfərdən çox şəxs yaralanıb.

Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, hava limanındakı partlayışlardan birini terrorçu-kamikadze törədib.

Baş nazir Şarl Mişel isə bu günün Belçika tarixinə qara hərflərlə yazılacağını bildirib. O, vətəndaşlarını soyuqqanlı olmağa və həmrəyliyə çağırıb.

Qeyd edək ki, ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror aktını törətməkdə təqsirləndirilən İŞİD terror təşkilatının üzvü Salah Abdesalam bu il martın 18-də Belçikada yaxalanıb. Həmin vaxt İŞİD-in Belçikada silsilə terror aktları təşkil edəcəyi bildirilirdi.

***

Belçikanın paytaxtı Brüssel şəhərində iki partlayış baş verib. Musavat.com-un Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, partlayış Brüsselin hava limanında törədilib.

Belçika rəsmiləri bu partlayışların terror aktı olduğunu bildiriblər.

Partlayışlardan biri aerportun gözləmə zalında, “American Airlines” şirkətinin təyyarə dayanacağına yaxın yerdə , digər partlayış isə uçuş terminalında baş verib.Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir aerportun binasında yanğın var.Partlayışdan sonra aerport bağlanıb, insanlar evakuasiya edilir.

İlkin məlumatlara görə, 11 nəfər həlak olub,30 nəfər isə yaralanıb. Hava alanındakı sərnişinlər evakuasiya edilib.Terrorda yaralananlar hava alanının yaxınlığında olan bir otelə yerləşdiriliblər. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Belçikada hazırda ciddi çok yaşanır. Çünki iki partlayışın törədildiyi hava limanı Brüsselin ən ciddi çəkildə mühafizə edildiyi ərazidə yerləşir.

Belə ki, hava limanının yaxınlığında NATO-nun Baş Qərargahının ofisi də daxil olmaqla, bir çox önəmli dövlət idarələrinin binaları yerləşir.

İlkin ehtimallara görə, partlayışların İŞİD terror təşkilatı tərəfindən törədildiyi bildirilir.

Bu terror aktlarından sonra Brüsseldə metro da daxil olmaqla, bütün nəqliyyatın hərəkəti dayandırılıb.

Polis orqanları növbəti partlayıçların ola biləcəyini istisna etmirlər və bu səbəbdən də ölkə paytaxtını tam nəzarətə almağa çalışır.

Son məlumatlara görə, Brüsseldə Avropa Birliyinin (AB) binasının yaxınlığında yerləşən metroda üçüncü partlayış baş verib.

"AzPolitika.info" xarici KIV-ə istinadən xəbər verier ki, bu partlayışdan sonra ölənlərin sayının da artdığı bildirilir. Son məlumatlara görə 27 nəfər ölüb, 10-larla yaralı var. 17 nəfərin aerportda, 10 nəfərin isə metroda həyatını itirdiyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar