İntiqam Əliyev azadlığa buraxılır - Baş Prokurorluq kassasiya protesti verdi

intiqam 'liyevBaş Prokurorluq "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevin qərarından cəzanın ağır olmasına dair əlavə kassasiya protesti verib. Bu barədə "Report"a İ.Əliyevin vəkili Cavad Cavadov bildirib.

Vəkilin sözlərinə görə, Ali Məhkəmədə keçiriləcək plenum iclası martın 28-nə təyin edilib.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan İ.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişməyib.

Vəkil Cavad Cavadov isə məhkəmə hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İ.Əliyevin kassasiya şikayəti təmin edilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar