BAKIDA MÜƏMMALI GURULTU... - Yeni açıqlamalar

Ötən gün günorta saatlarında Qobuda baş verən və binaların silkələnməsinə səbəb olan titrəmə vulkanların oyanmasına təsir göstərməyib və göstərəcəyi də gözlənilmir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, həmin titrəmənin nə vulkan, nə də zəlzələ ilə heç bir əlaqəsi olmayıb: “Haradasa partlayış olubsa, o demək deyil ki, bu vulkandır, ya da zəlzələdir”.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə Trend-ə bildirib ki, aparılan analizlər həmin titrəmənin zəlzələ ilə heç bir əlaqəsinin olmadığını təsdiqləyib: “Həmin vaxt Qobuda müəyyən dalğalar qeydə alınıb. Amma bu, zəlzələ olmayıb. Biz analiz etdik və gördük ki, burada zəlzələ əlaməti yoxdur. Bunun nə olması ilə yəqin ki, aidiyyəti qurumlar maraqlanar”.

Xatırladaq ki, ötən gün günorta saatlarında Qobuda baş vermiş titrətmə Yasamal və Səbail rayonlarında binaların silkələnməsinə də səbəb olub.

***********

Bu gün saat 12:00 radələrində Bakının Səbayıl və Yasamal rayonu ərazisində müəmmalı bir gurultu səsi eşidilib. ANS PRESS-in məlumatına görə, həmin həss o qədər güclü olub ki, hətta binaları da titrədib. Daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub. Hətta bəzi vətəndaşlar öz sosial şəbəkədəki hesablarında şərhlər yazaraq nə baş verdiyini anlamağa çalışıblar.

Şəhər sakinlərindən birinin "facebook" statusu

Şəhər sakinlərindən birinin "facebook" statusu

Baş verən müəmmalı tərpənişlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ANS PRESS-ə bildirdi ki, o da, məsələdən xəbərdardır: “Özüm də həmin səsi və tərpənişi hiss elədim. Qobu qəsəbəsində yerləşən stansiya da bu tərpənməni qeydə alıb. Ancaq onu deyə bilərəm ki, bu zəlzələ deyildi”.

Fövqəladə Hallar Nazirliyindən də hələlik partlayış yaxud hər hansı bənzər hadisə barədə “qaynar xətt”ə heç bir çağırışın daxil olmadığını bildirdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar