“Cəmil Həsənliyə qarşı o cür münasibət vəhşilikdir”- Rüstəm İbrahimbəyov

Milli Şuranın sədri İTV-də demokratk qüvvələrin vahid namizədinə qarşı baş verənlərə münasibət bildirdi

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov təşviqat kampaniyası çərçivəsində namizədlərin televiziya çıxışı zamanı qurumun vahid namizədi Cəmil Həsənliyə qarşı qeyri-etik davranışa münasibət bildirib. Rüstəm İbrahimbəyov Milli Şura namizədinə qarşı baş verənləri vəhşilik adlandırıb və o cür hərəkət edən insanların seçkidə iştirakını yolverilməz adlandırıb:

O, sentyabrın 20-də “Media forum” saytına açıqlamasında deyib: “Bu, vəhşilikdir. Yazdığı əsərə görə yazıçının qulağını kəsəcək adamlara mükafat təyin edən adam bu gün prezidentliyə namizəddir. Bundan böyük biabırçılıq ola bilərmi? Hakimiyyət ona dəstək verir. Bunu qəsdən təşkil edirlər ki, Milli Şuranın namizədi Cəmil Həsənlini çətin vəziyyətə salsınlar və o, fikirlərini, platformasını, gələcək planlarını xalqa çatdıra bilməsin. Bu, əvvəlcədən planlaşdırılan təxribatdır. Amma çox iyrənc, aşağı səviyyəli təxribatdır. Bunun adı biabırçılıqdır.

İndi 21-ci əsrdir. Amma Azərbaycanda orta əsrlərə xas atmosfer var. İndiki vəziyyət demokratik standartlara heç yaxın da sayıla bilməz. Bütün bunlara görə hakimiyyət məsuliyyət daşıyır. Çünki belə bir vəziyyəti hakimiyyət yaradıb.

Hazırda Milli Şura yaranmış durumu müzakirə edir. Qəti addımlar atacağıq. Cəmil Həsənli çox gözəl, yüksək səviyyəli seçki kampaniyası aparır. Mən fəxr edirəm ki, Azərbaycan xalqının belə bir oğlu var. Biz onu meydanda tək buraxmamalı və onun qələbəsi üçün əlimizdən gələni etməliyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar