"Hamının obyekti var, amma heç kim onun hüquqi sahibi deyil"

Parlamentdə Artur Rasizadənin illik hesabatından sonra etiraz: “İnsana bu qədər hörmətsiz yaşamaq olmaz”

Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2013- cü ildəki fəaliyyəti ilə bağlı hesabat verilib. Baş nazir Artur Rasizadə bildirib ki, qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatının xarici təhdidlərə qarşı davamlılığını saxlayıb:“ÜDM-da 5,8 faizi artım əldə olunub. İnflaysiya bir rəqəmli səviyyədə saxlanılıb. DNF-nin gəlirləri 1, 8 milyard artaraq 36 milyarda dollara çatıb. Manatın məcənnəsi stabilliyini qoruyub saxlayıb. Xarici ticarət dövriyyəsinin həcmi 34, 7 milyarda çatıb. Bunun da 44 faizi Avropa ölkələrinin payına düşüb. İnvestisiyaların 62 faizi daxili investisiyanın hesabına formalaşıb. Əhalinin gəlirləri 6, 2 faiz artaraq 423 manata çatıb. Strateji valyuta ehtiyatının ÜDM nisbətinə görə Azərbaycan dünyanın 20 ölkəsi sırasındadır. Ötən il 1 milyon 200 milyon yeni iş yeri yaradılıb. Yoxsulluğun səviyyəsi 5,3 faizə düşüb”.

Baş nazir deyib ki, əhaliyə keyfiyyətli xidməti təmin etmək məqsədilə ASAN XİDMƏT-in fəaliyyəti genişləndirilib və bu xidmət vasitəsilə əhaliyə göstərilən xidmət şəffaflıq təmin olunub:“2013-cü ildə Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına 3 milyard manat ayrılıb”.

Baş nazir Artur Rəsizadənin təqribən 20 dəqiqəlik hesabatından sonra müzakirələr başlayıb. Deputat Fazil Mustafa ölkədə kiçik və orta sahibkaralara qarşı münasibətdə hökumətin tutduğu mövqeyə etiraz edib.

Deputat öncə metrodakı satıcıların problemlərini qaldırdı: “Mən başa düşürəm, metronun giriş-çıxışı açıq olmalıdır. Amma Azərbaycanda sahibkar adi bir nöqtəni belə pulsuz əldə etmir, ancaq heç kimin əlində sənəd yoxdur. O cümlədən “Binə” və “Sədərək”də də eyni problem çıxır. Hamının obyekti var, amma heç kim onun hüquqi sahibi deyil. İnsan həyatını o obyektin üzərində qurub, bir günün içində onun həyatı dağılır. Bu insan dövlətdən necə razı qala bilər? Dövlət niyə maraqlı olmalıdır ki, onun çiynində yükə çevrilən adamların sayı artsın? Eynilə “Sovetski” ilə bağlı vəziyyət də onun kimi. Vətəndaşın haqqı var ki, normal bir ev tikilməsini və normal şəkildə köçürülməsini tələb etsin. Olmazmı ki, o ərazidə bir neçə yaşayış evi tikilsin və sakinlər ora köçürülsünlər? İnsana bu qədər hörmətsiz yaşamaq olmaz”. Səhiyyə, təhsildən danışan F.Mustafa Beynəlxalq Universitetin tələbələrinin taleyi ilə bağlı da məsələ qaldırdı, onların problemini həll etməyə çağırdı. Deputat Putinin Ukraynaya SSRİ-dən düzgün çıxmadığı barədə xəbərdarlığını xatırlatdı və dedi ki, bu, həm də Azərbaycana mesajdır. F.Mustafa idman komplekslərini ucuzlaşdırmağı, idman üçün meydanlar insanların üzünə açmağı da təklif etdi: “Elə bunun nəticəsidir ki, xəstəxanalar hamısı doludur, insanlar hamısı xəstədir."

VAQİF

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar