2016-cı il üçün bədbin proqnoz

azerbaycan2016-cı ildə yüksək inflyasiya real gəlirlərin azalmasına səbəb olacaq.

Asiya İnkişaf Bankı (ADB) 2016-cı ildə Azərbaycanda ÜDM-in 1% azalacağını, neftin qiymətinin yenidən artması ilə isə 2017-ci ildə 1% artacağını proqnozlaşdırır. "APA-Economics" xəbər verir ki, bu barədə ADB-nin açıqladığı proqnozlarda qeyd edilib.

Bankın analitikləri hesab edir ki, sosial xərclərin yüksək olması 2016-cı ildə Azərbaycanda iqtisadi aktivliyin zəiflməsinin qarşısını nisbətən alacaq.

Bankın proqnozuna görə, 2016-cı ildə yüksək inflyasiya real gəlirlərin azalmasına səbəb olacaq.

Bundan başqa, neft hasilatının azalması ilə bu il sənayenin həcmi kiçiləcək. Lakin 2017-ci ildə neftin qiyməti artarsa, vəziyyət bir qədər yaxşılaşa və gəlirlər arta bilər.

ADB-nin proqnozlarına görə, dövlət dəstəyi (investisiyaları) tikinti və aqrar sektorları canlandıra bilər.

"2016-cı ildə ixracın azalması, 2017-ci ildə isə neft qiymətlərinin artması fonunda ixrac gəlirlərinin artması gözlənilir. 2016-cı ildə inflyasiyanın 12%-ə yüksələcəyi proqnozu məzənnənin ucuzlaşmasının idxala olan təsirini əks etdirir. 2017-ci ildə inflyasiyanın 5,2%-dək azalacağı ehtimal olunur. Buna baxmayaraq, manatın məzənnəsi daha da zəifləyərsə, inflyasiya yüksək ola bilər. Neft qiymətlərinin qeyri-müəyyən olması cari hesab üzrə gəlirlərə mənfi təsir edir və tədiyyə balansının ÜDM-in 0,6%-nə bərabər mənfi saldo ilə nəticələnməsi proqnozlaşdırılır. 2017-ci ildə neft qiymətlərinin gözlənilən artımı ilə ixrac gəlirlərinin 7% artacağı və bu səbəbdən cari hebab üzrə balansın ÜDM-in 1,5% həcmində müsbət saldo ilə nəticələnəcəyi proqnozlaşdırılır", - deyə məlumatda bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar