Somalidə həlak olan Azərbaycan vətəndaşının kimliyi müəyyənləşdirilir

“Azərbaycanın Ankaradakı Səfirliyi Somalidə həlak olan Azərbaycan vətəndaşının kimliyinin müəyyən edilməsi və digər zəruri tədbirlərin görülməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət təşkilatları ilə təmasdadır”.

Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: “Türkiyə XİN Somalinin paytaxtı Moqadişoda martın 30-da içərisində Türkiyə və Azərbaycan vətəndaşlarının da olduğu nəqliyyat vasitəsinə silahlı hücum edildiyi, nəticədə həlak olanlar arasında bir nəfər Azərbaycan vətəndaşının olduğu barədə məlumat yayıb. Həmin şəxsin kimliyi araşdırılır”

XİN həlak olanların ailələrinə baş sağlığı verir.

Qeyd edək ki, Moqadişoda məktəbliləri daşıyan mikroavtobusa silahlı hücum edilib. Nəticədə Somali vətəndaşı olan sürücü, 4 Türkiyə, 1 Azərbaycan vətəndaşı həlak olub. Ölənlərin 3-ün şagird, 2-nin müəllim olduğu bildirilir. Məlumata görə, hücum "Əş Şəbab" terrorçu qruplaşması tərəfindən törədilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar