BOMBARDMANÇILAR QARŞI-QARŞIYA – “Tu-160”, yoxsa “B-1” qalib gələr?

“Rockwel İnternational” şirkətinin “B-1B Lancer” strateji bombardmançısı və Rusiyanın “Tu-160” təyyarəsi bir-birilərinə bənzəyirlər. Hər iki təyyarənin qarşısında dayanan tapşırıqlar da, demək olar ki, oxşardır. Ancaq hər halda onlar tamamilə fərqli təyyarələrdir.

Vaxtilə “B-1A” düşmən cəbhəsinin dərinliklərinə qədər daxil olan və yüksək hündürlükdə uçmaq üçün nəzərdə tutulan strateji bombardmaçı təyyarə kimi işlənib hazırlanırdı. Lakin yeni bombardmançının sovet hava hücümundan müdafiə vasitlərini yarıb keçə bilməyəcəyi bəlli olduqdan sonra, Karter administrasiyası bu proqramı ləğv etdi. Belə olan təqdirdə ABŞ hökuməti ballistik raketlərə üstünlük verdi və “Northon Grumman” şirkətinin “B-2A Spirit” bombardmançısının hazırlanmasına başladı. Konstruktor işləri məxfi aparılırdı və bu maşın haqqındakı məlumatlar illərlə gizli saxlanılıb.

Prezident Ronald Reyqan ”B-1B” adı ilə səsdən sürətli bombardmançı təyyarələrin istehsalını dirçəltdi. Amma artıq bu təyyarənin tapşırıqları içərisinə çox yüksək hündürlükdə uçmaqla, düşmən ərazilərinin dərinliklərinə girmək kimi funksiyalar daxil deyildi. Yeni “B-1B” təyyarələri Hava Hücumundan Müdafiə komplekslərini alçaq hündürlükdə yarmaq üçün optimallaşdırılmışdı. ”B-1B”-yüksək sürət, ərazinin relyefindən istifadə etməklə şüalandırma vasitəsilə ümumi mənzərənin ekrandakı yayğınlığını miminuma endirmək kimi xüsusiyyətləri özündə birləşdirirdi. Soyuq müharibənin qurtarmasından sonra “B-1B” təyyarələri nüvə silahı cərgəsindən çıxarılıb və bu təyyarə, başqa tapşırıqların yerinə yetirilməsi istiqamətinə yönəldilib. İndi “B-1B” təyyarəsi qeyri-nüvə missiyası üçün nəzərdə tutulduğu üçün, onun üzərində yenilənmə prosesi gedib. Proqram çərçivəsində bombardmançı təyyarə RLS ilə təchiz edilib və öz bortunda yüksək dəqiqlikli silah daşıya bilər.

11 sentyabr 2001-ci il hadisəsindən sonra, ”B-1B” təyyarəsi növbəti dəfə təkmilləşdirilib. Bu təyyarə “Sniper XR” tipli sistemlərlə təchiz edilb. Nəticədə İraq və Əfqanıstanda partizanlar əleyhinə gedən müharibədə “B-1B” təyyarəsi lazımı tapşırıqları uğurla yerinə yetirə bilmişdi.

Hal-hazırda “B-1B” yaxşı müdafiə olunan hava məkanında döyüşmək imkanına malik deyil. Ancaq bu təyyarələr əvvəlki kimi mürəkkəb tapşırıqları yerinə yetirə bilər. ”B-1B” qanaqdlı “JASSM-ER” və “LRASM” raketlərinin təhlükəsiz nəql edilməsində istifadə olunur. Buradan da belə nəticə çıxarmaq olar ki, yüksək texnolji döyüşlərdə “B-1B” Rusiyanın “Tu-160” bombardmançı təyyarəsi ilə oxşar tapşırıqlar həyata keçirəcək.

“Tu-160” xarici görünüşünə görə, “B-1B”-yə oxşamasına baxmayaraq, tamamilə fərqli təyyarədir. Sovet İttifaqı bu maşını, əsas etibarilə, üçüncü dünya müharibəsinin gedişində nüvə zərbəsinin vurulması vasitəsi kimi yaratmışdı.

Bu təyyarədə düşmənin HHM zonasını alçaq hündürlükdə yarıb keçmək özəlliyi olsa da, ancaq əsasən nüvə başlıqlı qanadlı raketlərin daşınması üçün istifadə edilib. ”Tu-160”, ”B-1B”-yə nisbətən həm ağır, həm də sürətlidir. ”Tu-160” bombardmançısının çəkisi 275 min kiloqram, ”B-1B”-nin çəkisi isə 216 min kiloqramdır.

“Tu-160” bombardmançısının əsas silahı “X-55CM” tipindən olan uzun mənzilli raketlər olub. Amma son aylar ruslar Suriyada hədəfləri vurmaq üçün qanadlı raketlərin adi versiyalarından istifadə ediblər. ”Tu-160” həmçinin nüvə başlıqlı “X-102” raketlərini də daşıya bilər.

Yaxın gələcəkdə ruslar yeni və təkmilləşdirilmiş “Tu-160 M2” bombardmaçılarının istehsalına başlamağı planlaşdırırlar. Yeni maşınlar, hazırda fəaliyyətdə olan ”Tu-22M”, ”Tu-95” və döyüş cərgəsindəki “Tu-160”-ın yerini tutacaq. Bu modernizə edilmiş təyyarə, radarlara yaxalanmayan “PAK-DA” bombardmançılarının hazırlanıb qurtarmasına qədər fəaliyyətdə olacaq.

Beləliklə, ABŞ-ın “B-1B” və ya Rusiyanın “Tu-160” təyyarələrinin hansının daha üstün olması barəsində bir qəti şey söyləmək çətindir. Hər bir təyyarənin özünəməxsus və müxtəlif təyinatları var.

(The National İnterest)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar