Estoniyanın müdafiə naziri ABŞ ordusunu çağırır

Xarici KİV-in yaydığı məlumata görə, Estoniyanın müdafiə naziri Hannes Hanso ABŞ-dan öz hərbi qüvvələrini Baltikyanıda yerləşdirməyi xahiş edib (İnterfaks.ru).

Hannes Hanso hesab edir ki, Vaşinqtonun 2017-ci ildə Avropaya göndərməyi planlaşdırdığı əlavə hərbi qüvvələrini Latviya, Litva və Polşada yerləşdirmək daha münasibdir. O, Estoniya televiziyasının efirindən deyib ki, ABŞ 2017-ci ildə artıq Avropada yerləşdirilmiş iki briqadaya əlavə olaraq, qitəyə daha bir zirehli-tank briqadası və bir döyüş texnikası-sursat briqadası göndərməyi vəd edib.

Bu, ABŞ-ın Avropada hərbi iştirakının əhəmiyyətli dərəcədə genişlənməsi demək olacaq. Buna baxmayaraq, nazir deyib ki, hələlik Estoniyaya nə qədər silahlı qüvvənin göndəriləcəyi barədə razılıq əldə olunmayıb.

«Estoniyada nə qədər yerləşdiriləcəyi - texnika və şəxsi heyət - bu, əsas məsələ eyil. Əsas məsələ odur ki, Estoniya nə qədər etibarlı qorunacaq. Məsələn, əgər logistikaya baxsaq, əvvəlcədən yerləşdirmə, əvvəlcədən mövqelərin müəyyən edilməsi, təcrübədə daha yaxşı olardı ki, bunlar Latviyada olsun. Oraya bizim girişimiz ehtiyac yarandığı halda baş versin. Heç də mütləq deyil ki, onlar Estoniya ərazisində yerləşsinlər» - deyə, nazir qeyd edib.

Nazir hesab edir ki, Estoniyanın mövqeyi baxımından həm də Şimali Polşa ilə Cənubi Litva arasındakı «dəhlizi» gücləndirmək çox vacibdir. Burada başlıca məntəqə Polşanın Suvalki şəhəridir və bu şəhərin «götürülməsi» sayəsində Rusiya Belorusdan keçməklə, Kalininqrada birbaşa çıxış əldə edə bilər. Bu halda Rusiya Baltik ölkələrinin digər NATO ölkələrinə və dəniz yollarına çıxışını önləyə bilər.

Nazirin sözlərinə görə, Estoniya isə öz ərazisində bir batolyon və ya 400-500 əsgər yerləşdirməyi arzu edərdi.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar