CƏBHƏDƏ 3 İSTİQAMƏTDƏ DÖYÜŞLƏR GEDİR - Ağdərə boşalır, ermənilər Əsgərana qaçır +VİDEO
Cəbhədə vəziyyət yenidən gərginləşib. Belə ki, atəşkəs yenidən pozulub. Bunu Trend-ə Müdafi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, hazırda üç istiqamətdə – Füzuli, Tərtər, Ağdam istiqamətində döyüşlər gedir.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, Ermənistan tərəfinin Talış kəndi ətrafındakı strateji yüksəkliyin geri qaytarması barədə yaydığı informasiya həqiqəti əks etdirmir.
Dərgahlı deyib ki, Azərbaycan ordusu Talış kəndi ətrafında strateji yüksəkliyə nəzarət edir və Ermənistan ordusunun həmin yüksəkliyi geri aldığı barədə məlumat həqiqətə uyğun deyil.
Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təxribatların qarşısını almaqda da davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumata görə, bu gün Azərbaycan Silahlı Bölmələri Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatını məhv edib. Pilotsuz aparat Füzuli istiqamətində vurulub.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Azərbaycan ordusunun cavab zərbəsi sarsıdıcı olub. Düçmənin 100-dən artıq hərbicisi məhv edilib, bəzi ərazilərimiz geri alınıb.
Digər məlumatlara görə isə son hadisələrdə Ermənistan ordusunun 200-ə qədər hərbçisi ölüb və yaralanıb. Ermənistanın hərbi rəhbərliyi itkiləri ictimaiyyətdən gizlətmək üçün meyitlərin bir hissəsini və yaralıların əksəriyyətini işğal altındakı Azərbaycan ərazilərində saxlayır.
Sosial şəbəkələrdə isə orduda xidmət edənlərin ailə üzvlərinin Ermənistan Müdafiə Nazirliyinin və hərbi komissarlıqlarının qarşısına toplanmış çoxlu sayda şəkilləri yayılıb. Onlar övladlarının taleyi barədə məlumat almaq üçün artıq iki sutkaya yaxındır ki, gözlədiklərini, lakin heç bir cavab ala bilmədiklərini yazırlar.
****
Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib.
Müdafiə naziri yaşayış məntəqələrimizin atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə işğal olunmuş ərazilərdəki erməni məntəqələrinə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verib.
*******
Təmas xəttində vəziyyət gərgin və stabildir.Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
V. Dərgahlı deyib ki, bu gecə erməni silahlı bölmələri Tərtər-Ağdərə və Xocavənd-Füzuli istiqamətində təmas xəttində olan əraziləri artilleriya atəşinə tutub. Ölən və yaralanan yoxdur.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir.
Bundan əlavə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 137 dəfə atəş zərbəsi endirib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.