CƏBHƏDƏ ƏMƏLİYYATLAR DAYANDIRILDI - İkitərəfli razılıq

Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

Müdafiə Nazirliyindən bildirilib ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.

Qeyd edək ki, bir qədər əvvəl Dağlıq Qarabağın “müdafiə nazirliyi” atəşi dayandırmaq barədə əmr aldıqlarına dair məlumat yaymışdı.Virtualaz.org xəbər verir ki, bu haqda RİA Novosti agentliyinin yaydığı təcili xəbərdə deyilir.

“Reuters” agentliyi də Qarabağakı erməni silahlı birləşmələrinin atəşi dayandırmaq barədə əmr aldığını xəbər verir.

Agentliyin xəbərinə görə atəşin dayandırılmasına dair tərəflər arasında razılaşma əldə olunub. Lakin razılaşmanın hansı səviyyədə əldə edildiyi göstərilmirdi. “Bizə dedilər ki, atəşi dayandırın”-qondarma rejimin “müdafiə nazirliyi”indəki mənbə agentliyə deyib.

Bundan bir qədər sonra isə Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətə dair mətbuat konfransı keçirib.

Lavrov bildirib ki, Rusiya Azərbaycan və Ermənistanı münaqişə zonasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Onun sözlərinə görə, hərbi əməliyyatlar başlayandan dərhal sonra Rusiya ən yüksək səviyyədə öz mövqeyini ifadə edib. Habelə o özü və müdafiə naziri Sergey Şoyqu tərəflərlə danışıqlar aparıb.

Lavrov münaqişənin danışıqlar prosesi ilə həll edilməli olduğunu , bunun üçün ən yığcam format ATƏT-in Minsk Qrupu olduğunu deyib.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev də silahlı qüvvələrimizin atəşi dayandırmağa hazır olduğunu bildirib, ancaq bir şərtlə ki, erməni tərəfi də atəşi dayandırsın.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar