Cəmil Həsənlinin sabahkı mitinqinə 10 minlərlə adamın qatılacağı gözlənilir

Milli Şura mitinq hazırlıqlarını sona çatdırıb

Milli Şuranın 22 sentyabr mitinqinə 1 gün qalır. Artıq mitinqlə bağlı bütün hazırlıqlar başa çatmaq üzrədir. Mitinq Komitəsindən verilən məlumata görə, 20000-dən çox çağırış vərəqəsi paylanılıb, plakatlar, şüarlar, namizədin şəkilləri hazırlanıb.

Ötən gün Ictimai Televiziyada yayımlanan namizədlərin teledebatından sonra mitinqə gələnlərin sayının daha da artacağı gözlənilir. Belə ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə qarşı digər namizədlərin qərəzli və qeyri-etik davranışı insanlarda ikrah hissi doğururb və bu etiraz sosial şəbəkələrdə ifadə edilib. Yüzlərlə insan status yazaraq Cəmil Həsənliyə dəstək olduğunu bildirib. Eyni zamanda gənclərin “Bəsdir” adlı “event”inə 48000-dən çox insan dəvət edilib.

Siyasi partiya funksionerlərinin verdiyi məlumata görə, partiyaların Bakı və rayon şöbələri də mitinqdə fəal iştirak edəcək.

Xatırladaq ki, mitinq keçiriləcək ərazi Yasamal rayonunda yerləşir və metronun “Inşaatçılar” stansiyasına yaxındır. Əgər hər hansı süni maneələr yaranmasa, mitinqdə 10 minlərlə insanın iştirakı nəzərdə tutulur.

Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyev bildirdi ki, artıq mitinqlə bağlı texniki işlər başa çatdırılıb, Mitinq Komitəsinin hesabat iclası keçirilib, Milli Şurada təmsil olunan partiya və qurumlar bu istiqamətdə öz fəaliyyətlərini həyata keçiriblər: “Ötən gün mitinqlə bağlı Bakı Şəhər baş polis idarəsində olduq, müəyyən narahatlıqlarımızı dilə gətirdik. Əsasən mitinq iştirakçılarına yaş məhdudiyyəti qoyulması və çıxışlar zamanı işıqların söndürülməsi kimi süni maneələrə yol verildiyinə etirazımızı bildirdik. Yəqin ki, 14 yaşından yuxarı uşaqların iştirakı təmin ediləcək. Eyni zamanda şəhərin mərkəzi yerlərində çağırış vərəqələri paylayan adamlara polis müdaxiləsinin olduğunu bildirdik. Mitinqin keçiriləcəyi ilə bağlı radio və televiziyada elan verilib. Ümumilikdə Mitinq Komitəsi üzərinə düşən işi uğurla davam etdirir və düşünürük ki, bu mitinq uğurlu alınacaq”.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar