“Azərkosmos” idarə heyətini formalaşdıra bilməyib

AzerkosmosHesablamapa Palatasının 2015-ci il üzrə hesabatında “Azərkosmos” ASC-nin fəaliyyətində aşkarlanan nöqsanlar yer alıb. Modern.az-ın məlumatına görə, qurumun Nizamnaməsinə uyğun olaraq icra orqanın kollegial formada (İdarə heyəti kimi ) müəyyən edilməsinin nəzərdə tutulmasına baxmayaraq, idarə heyəti tam tərkibdə formalaşdırılmayıb, səlahiyyətləri təkbaşına Cəmiyyətin sədri tərəfindən həyata keçirilib.

Hesabatda qeyd edilib ki, müvafiq normativ sənədlərə əsasən dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Azərbaycan peykinin orbitə çıxarılması məqsədi ilə Fransanın “Arianespace” şirkəti ilə bağlanmış müqavilənin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin Cəmiyyətin nizamnamə kapitalına aid edilməyib.

Cəmiyyətin işçisi olmayan hərbiləşdirilmiş mühafizə xidmətinin işçilərinə 2013 və 2014-cü ilin 9 ayında mükafat və bayram müavinətinin verilməsinə, əməkdaşlarına ezamiyyə xərclərinin artıq ödənilməsinə, 2012-ci ildə sürücülərin əmək məzuniyyətində olduqları müddətdə yanacaq silinməsinı, 2 nəfər işçisinin şəxsi minik avtomabillərinin icarəyə götürülməsi ilə əlaqədar icarəyə verənə 2013-cü ildə vəsaitin artıq xərclənməsinə yol verilib, hazırlanmış və quraşdırılmış material ehtiyatları uçota alınmayaraq birbaşa inzibati xərclərin tərkibinə aid edilib.

Auditlə əhatə olunan dövrdə ümumilikdə 10 müqavilə üzrə köçürülən 5638,7 min manat məbləğində avans ödənişləri üçün təqdimat təqdim olunmayıb, məbləğ məhdidiyyətindən aradan qaldırıması məqsədilə bir sıra satınalmalar ayrı-ayrı müqavilələrə bölünərək vəsait kotirovka sorğusu metodundan istifadə olunmaqla xərc edilib. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”nun vəsaitləri hesabına “Azərkosmos” ASC tərəfindən 2014-cü ilin 9 ayı ərzində xarici kreditorlara ödənilmiş əsas borc və faiz ödənişlərinin Təminat Fonduna bərpa edilməsi haqqında aidiyyatı icra hakimiyyəti orqanı ilə müvafiq müqavilə bağlanmayıb.

“Azərkosmos” ASC üzrə müqavilədə və ASC-nin xərclər smetasında nəzərdə tutulmadığı halda hərbiləşdirilmiş mühafizə xidmətinin işçilərinə 2013 və 2014-cü ilin 9 ayı ərzində 3 min manat məbləğində mükafat və bayram müavinətinin, normadan artıq ödənilmiş 1,5 min manat məbləğində ezamiyyə xərclərinin, növbəti əmək məzuniyyətində olduqları vaxtda sürücülərin adlarına silinmiş 07 min manat icarə haqqı məbləğinin, ümumçilikdə 5,9 min manat məbləğində vəsait bərpa olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilmiş məlumata əsasən azaldılmış vergi məbləğləri üzrə 28 min manat, maliyyə sanksiyası üzrə 14 min manat ümumilikdə 42 min manat məbləğində vəsait dövlət büdcəsinə ödənilib, cəmiyyətin sədr müavini vəzifəsinə təyinat həayata keçirməklə idarə heyəti formalaşdırılıb, dövlət zəmanəti ilə alıənan borcların Təminat fondundan alınmış ümumilikdə 12255,6 min ABŞ dolları məbləğində vəsaitin həmin fonda bərpa edilməsi məqsədilə müvafiq müqavilə imzalanıb.

Vergilər Nazirliyi tərəfindən Hesablama Palatasına daxil olmuş məlumata əsasən “Azərkosmos” ASC-ə vergi və maliyyə sanksiyaları üzrə ümumilikdə 4106,92 min manat məbləğində vəsait hesablanıb.

Məlumatda bildirilib ki, səyyar vergi yoxlaması aktı və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında qərarı Cəmiyyət tərəfindən məhkəmə qaydasında mübahisələndirildiyindən əlavə hesablanmış vergilərin və tətbiq olunmuş maliyyə sanksiyasının büdcəyə ödənilməsinin tətbiq edilməsi mümkün olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar