Metro satıcıları etiraz aksiyasına başladı-Fotolar

Metronun “Neftçilər” stansiyasında köşkləri yığışdırılan satıcılar hazırda “Bakı Metropoliteni” QSC-nin binası qarşısında aksiya keçirirlər.

Onlar metropolitenin rəisi Zaur Hüseynovla görüşməyi tələb edirlər. Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, təxminən 50-60 satıcı Z.Hüseynovla görüşmədən ərazini tərk etməyəcəklərini deyir. Şikayətçilər köşkləri üçün ödədikləri vergi rusumunun geri qaytarılmasını tələb edirlər.

Satıcıların sözlərinə görə, digər stansiyalarda alver edənlərin vergi ödənişi geri qaytarılıb.

Ərazidə çoxlu sayda polis əməkdaşı var. Əlavə məlumatlar verəcəyik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar