“Əliyev “Gülən camaatı”nın ən önəmli adamını işdən çıxardı”- Türkiyə mediası

“Əliyev “Gülən camaatı”nın ən önəmli adamını işdən çıxardı”. Bu başlıq Türkiyənin məşhur nəşrlərindən olan “Yeni Şafak” qəzetinin bugünkü manşetində yer alıb.

Virtualaz.org saytı xəbər verir ki, Elnur Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi yerli mətbuatda olduğu kimi Türkiyə mətbuatınında gündəmində yer alıb.

“Yeni Şafak” qəzeti E.Aslanovun işdən çıxarılmasını bu başlıqla təqdim edib: “Əliyev “Gülən camaatının ən önəmli adamını işdən çıxardı”.

Yazının davamında isə qeyd edilir: “Azərbaycan prezidenti İlham Əliyev Fətullah Gülən camaatının Azərbaycandakı ən yüksək vəzifəli siyasətçisi kimi göstərilən Elnur Aslanovu işdən çıxardı. Aslanovun adı Azərbaycan medyasında “paralel yapının” ölkədəki ən önəmli adamı olaraq qeyd edilirdi. Aslanovun vəzifədən çıxarılması son dəqiqə xəbəri olaraq mətbuatda yer alıb”.

Yada salaq ki, “Yeni Şafak” qəzeti hazırda F.Gülən və camaatla ciddi qarşıdurma vəziyyətində olan baş nazir Ərdoğana yaxındır. Qəzet onun kürəkəninin patronajlığı altındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar