ABŞ hesablarını dondurduğu Rusiya və Ukrayna rəsmilərinin adlarını açıqladı- SİYAHI

Martın 16-da separatçıların Krımda təşkil etdikləri referendumadan sonra gözlənildiyi kimi, Qərb ölkələrinin kəskin reaskiaysı baş verdi. Bir sıra Ukrayna və Rusiya rəsmilərinin Qərb banklarındakı hesabları donduruldu.

Bu haqda xəbər yayan Amerikanın Səsi, yazır ki, Ağ Evdə çıxış edən prezident Obama Ukrayna və Rusiya rəsmilərinə qarşı tətbiq olunan sanksiyaları açıqlayaraq, bildririb ki, Rusiya regionda gərgiliyi artırmaq kursunu seçsə, Vaşinqton sanksiyaları daha da sərtləşdirə bilər.

Ukraynanın tərkib hissəsi olan Krımın Rusiya Federasiyasının tərkibinə qatılması haqda Simferopolun və Moskvanın bəyanatlarına cavab olaraq ABŞ prezidenti Barack Obama Ukraynaya birmənalı dəstəiyini elan etdi.

Ağ Ev Krımın Ukraynadan ayrılaraq Rusiyaya birləşdirilməsinə üçün siyasi təzyiqlə əlaqəli 11 rus rəsmisinin hesablarını dondurduğunu açıqlayıb.

ABŞ-ın sanksiyaları Avropa Birliyinin Rusiya və Ukraynadan olan 21 rəsmiyə səfər və ticarət qadağası qoymasından sonraya təsadüf edir.

Ağ evin sanskiyalar tətbiq etdiyi şəxslərin siyahısı:

Vladislav Surkov: Rusiya prezidentinin köməkçisi

Sergey Glazyev: Prezident Vladimir Putinin müşaviri

Leonid Slutsky: Rusiya Dumasının deputatı, MDB ölkələri ilə əlaqə komitəsinin sədri

Andrei Klishas: Rusiya Federasiya Şurasının üzvü

Valentina Matviyenko: Rusiya Federasiya Şurasının sədri

Dmitry Rogozin: Rusiya Baş nazirinin müavini

Yelena Mizulina: Rusiya Dumasının deputatı

Sergey Aksyonov: Krım separatçı hakimiyyətinin baş naziri

Viktor Medvedchuk: "Ukrayna Seçimi" təşkilatının rəhbəri

Viktor Yanukovych: Ukraynanın sabir prezidenti

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar