Putin Krımın müstəqilliyini tanıdı

Rusiya prezidenti Vladimir Putin "Krım Respublikasının tanınması haqqında" fərman imzalayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Krım xalqının 16 mart 2014-cü il tarixdə keçirilmiş ümumi referendumda ifadə etdiyi iradəsini nəzərə alaraq Sevostopol şəhəri xüsusi statusa malik Krım Respublikasını suveren və müstəqil dövlət kimi tanımal… Bu fərman qol çəkildiyi gündən qüvvəyə minir", - deyə fərmanın mətnində bildirilir.

Putin sabah saat 15.00-də Kremldə Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri, Rusiya Federasiyasının regionlarının rəhbərləri qarşısında Krımın və Sevostopol şəhərinin Rusiya Federasiyasına daxil olmaq barədə etdiyi müraciətdən danışacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar