Ağdaşın icra başçısı 60 fəhlənin pulunu vermir

İş icraçısı prezidentə videomüraciət etdi

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev 60 fəhlənin pulunu vermir. İcra başçısı Nabran zonasındakı Dalğalı kəndində özünə 150 min manatlıq bağ evi tikdirib, amma fəhlələrin pulunu vermək istəmir.

İş icraçısı, Xaçmazın Ağayurduoba kənd sakini Zaur Hüseynovun redaksiyamıza göndərdiyi videomüraciətdə (https://www.youtube.com/watch?v=NL17cNbkFN8) qeyd edir ki, 4 oktyabr 2012-ci ildən 21 iyun 2013-cü ilə kimi icra başçsının bağında işləyiblər: “60 fəhlə ilə birgə tikinti işləri aparmışıq. Gördüyümüz işə görə bizə 138 min 532 manat pul ödənməli idi. Lakin bizə 101 900 manat verildi. Rafiq Niftəliyev yerdə qalan pulu vermir ki, get kimə istəyirsən de. Mən iş icraçısı kimi onun bağ evinin tikintisində işlətdiyim insanların pullarının bir hissəsini verə bilmişəm. Buna görə də Respublika Prokurorluğuna, prezident İlham Əliyevə və digər qurumlara müraciət etmişəm. Onun bağ evində işləyən 60 nəfərin imzalı sənədi var”.

İş icraçısı videomüraciətində qeyd edir ki, avqustun 1-də Xaçmaz Rayon Məhkəməsinə Rafiq Niftəliyevə qarşı iddiasını təqdim edib: “Məhkəmə iddiaya biganə yanaşır. 2 dəfə Xaçmaz məhkəməsində olmuşam. Lakin qarşı tərəf gəlməyib. Buna görə də məhkəmə 30 oktyabra saxlanılıb. Qanunda yazırlar ki, iddiaya 3 ay ərzində baxmalıdırlar, baxmırlar, uzadırlar”.

İş icraçısı qeyd edir ki, icra başçısının bağ evinin inşası üçün alınan mal-materialların sənədlərini də iddia ərizəsinə əlavə edib: “Həmin fəhlələr də dediklərimi təsdiq etməyə hazırdırlar. Ölkə rəhbərliyindən xahiş edirəm icra başçısı haqda ciddi tədbir görülsün”

Məsələ ilə bağlı R.Niftəlityevin də mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, Rafiq Niftəliyev 20 ildir ki, İH başçısı vəzifəsində işləyir. Bundan əvvəl o, Xaçmazda eyni vəzifəni tutub. Bir ara onun adı "Sadval" təşkilatı ilə burgə hallandırdı.(musavat)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar