Məhkəmə Əli Əliyevin şikayətini təmin etdi

Bu gün Ali Məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizədliyi irəli sürülmüş Əli Əliyevin Bakı Apellyasiya Məhkəməsinin Mərkəzi Seçki Komissiyasının (MSK) onun namizədliyinin qeydə alınmasından imtina qərarını qüvvədə saxlaması haqqında qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Ə.Əliyevin şikayətinin araşdırılmasından sonra VİP sədrinin iddiası təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarının ləğvinə və bu işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilib.

VİP sədrinin şikayəti üzrə Ali Məhkəmədə keçirilmiş məhkəmə iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuun (DTİHB) Seçkiləri Müşahidə Missiyasının nümayəndələri və yerli hüquq müdafiəçiləri də müşahidə edblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar