BAKIDA RESTORANDA ATIŞMA – Güllə ABŞ diplomatının maşınına dəydi - TƏFƏRRÜAT

Bu gecə Bakının Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş vermiş atışma barədə əlavə təfərrüatlar məlum olub.

“Sputnik” agentliyinin Səbayel rayon polis idarəsindən əldə etdiyi məlumata görə atışmanın iri məbləğdə pul üstündə baş verdiyi ehtimal edilir. Məlumata görə iki nəfər arasında iri məbləğdə borc üstündə yaranmış mübahisə silah tətbiqi ilə nəticələnib. Tərəflərdən biri, Samir adlı şəxs əvvəlcədən “razborka”ya silahlı gəlib və mübahisə zamanı silahını çıxararaq atəş açıb. Nəticədə iki nəfər yaralanıb. Birinin vəziyyəti ağırdır.

Silahlı insidentin iştirakçıları yaralıları özləri Nərmimanov rayonundakı City Hospital-a aparıblar. Lakin Bakı şəhər Baş polis idarəsi isidentdən Nərimanov polisindəki həmkarları vasitəsilə xəbər tutub. Polislər klinikanı əhatəyə alıblar və yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb. Məlum olub ki, onlardan biri Astara sakini Fərid Əkbərov (1980-ci il təvəllüdlü) və Bakı sakini Süleyman Abdullayevdir (1986-cı il təvəllüdlü).

Münaqişə iştirakçıları, üstəlik restoranın sahibi faktı gizlətmək istəyərək polisə bu haqda məlumat verməyiblər. Lakin məlum olub ki, Səbayel rayon polis idarəsi insidentdən dərhal xəbər tutub. Özü də ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqanın sayəsində. Belə ki, diplomatın “Chevrolet” avtomobili “Bulaq” restoranının qarşısında park edilibmiş və Derek Hoqan özü həmin vaxt ABŞ səfirinin restoranın yaxınlığında yerləşən evində qonaq imiş. Atışma zamanı güllələrdən biri səfir müavinin avtomobilinə dəyib. Xoşbəxtlikdən bu zaman avtomobildə olan sürücü xəsarət almayıb. İnsidentdən xəbər tutan diplomat dərhal polisə xəbər verib. Silah işlədən şəxsin artıq polisə təslim olduğu bildirilir.

"ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqanın maşınına güllə dəyib." Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev dedi.

"Biz ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqanın maşınına qəfildən güllənin dəyməsini təsdiq edirik. Səfir müavini maşınını hadisənin baş verdiyi restoranın yaxınlığında saxlayıb. Amma insident baş verən an nə cənab Hoqan, nə də səfirlikdən heç kim maşında olmadığından hadisə nəticəsində heç kim xəsarət almayıb", - deyə qurum rəsmisi bildirdi.

* * *

Bakının Səbail rayonunda yerləşən “Bulaq” restoranında baş verən insident zamanı “Makarov” tipli tapançadan istifadə edilib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə zamanı 28 yaşlı Fuad Əkbərov tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb.

Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ANS-in məlumatına görə, hüquq-mühafizə orqanı əməkdaşları həmin boş patronların “Winchester” markalı odlu silaha aid olduğunu bildirib.

Obyektin həyətində başlayan atışma Badamdar şossesinə kimi davam edib. Açılan atəş nəticəsində iki nəfərin yaralandığı deyilir. Daha sonra hadisə iştirakçıları maşınla ərazini tərk ediblər.

Əraziyə cəlb edilən polis və prokurorluq orqanları əməkdaşları hadisə yerindən 5 giliz tapıblar. Hüquq-mühafizə orqanı əməkdaşları həmin boş patronların “Winchester” markalı odlu silaha aid olduğunu bildirib.

* * *

Bakıda restoranda baş verən atışmanın bəzi detalları müəyyənləşib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar olub.

Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə iştirakçılarından biri artıq saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Bakı şəhər Prokurorluğundan cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, məlum hadisə gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında qeydə alınıb.

* * *

Aprelin 22-nə keçən gecə Bakıda restoranlardan birində baş vermiş silahlı qarşıdurma zamanı 2 nəfər xəsarət alıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 21.00 radələrində Badamdar qəsəbəsində yerləşən "Bulaq" kafesində müştərilər arasında dava düşüb. Dava zamanı odlu silahdan atəş açılıb və iki nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıb.

Bildirilir ki, hadisənin iştirakçılarından 4 nəfər artıq həbs olunub. Hazırda Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

* * *

Bakıda güllələnmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb. 2-ci yaşayış massivi, 7-ci döngədə yerləşən “Bulaq” restoranında iki naməlum şəxs arasında yaranan mübahisə sonradan kafenin qarşısında davam edib.

Hadisə zamanı mübahisə edən şəxslərdən biri digərinə odlu silahdan atəş açıb.

Hadisə yerinə təcili yardım çağırılıb və polisə məlumat verilib. Hazırda ərazidə cəlb olunan polis əməkdaşlarından APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, atəş “Makarov” tipli tapançadan açılıb.

Mübahisə zamanı güllə yarası alan müştəri tanışları tərəfindən ərazidən aparılıb. Yaralının xəstəxanaya müraciət etmədiyi bildirilir.

Hadisə yerinə Səbail Rayon Prokurorluğu, Polis İdarəsi və 41-ci polis bölməsinin əməkdaşları gəliblər. Hadisə yerində istintaq tədbirləri aparılıb.

Məlumata görə, kafe ərazisindən 5 giliz aşkar edilib.

Hazırda polis əməkdaşları yaralının və hadisəni törədənin kimliyini müəyyənləşdirir.

Faktla əlaqədar cinayət işi başlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar