4 GÜNLÜK MÜHARİBƏNİN QƏHRƏMANI DANIŞDI - VİDEO

Prezident polkovnikə Milli Qəhrəman adını verdi 

Polkovnik-leytenant Şükür Həmidov aprelin əvvəllərində Ermənistanın təxribatının qarşısını alarkən göstərdiyi şücaətə görə prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb.

Onun əsas xidməti "Lələ təpə" yüksəliyinin alınması, həmçinin dinc sakinlərin müdafiəsini təşkil etmək olub. Bu gün ANS olaraq milli qəhərmanın ailəsində olduq.

Polkovnik-leytunant Həmidov yenə də döyüş bölgəsində xidmətdədir, özü ilə görüşmək qismət olmasa da, ata-anası, qardaşı ilə görüşüb söhbətləşə bildik. Gərək ki, belə deyirlər - igidin adını eşit, üzünü görmə. indi siz adını eşitdiyiniz Milli Qəhrəmanın səsini eşidəcəksiz, onun deyiləsi sözləri var.

Polkovnik leytunantdan yeni-yeni qələbə xəbərləri ümidilə telefonda sağollaşıb, onun barədə ailəsindən soruşuruq.  Nəriman kişi atasının adını verib ona, ailənin 9-cu uşağıdır. Amma deməsinə görə həmişə birincilərdən olub:"Şükür barədə xatirələr çoxdur. 8-ci sinifdən özünü hərbiyə həsr edib, Naçıvanski hərbi məktəbi, sonra ali hərbi məktəb... üst-üstə 20 ildən artıq xidməti var. Təbii ki ən böyük xidməti hələlik son döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar olub".

Bayaq dedik ki, 9-cu uşaq olub. Ailədə 10 uşaqdılar. Şərqiyyə xanım da Qəhrəman anadır. Qəhrəman ananın Qəhrəman övladı. Bərəkallah...

Bu isə Əsəddir. Şükürün böyük qardaşı. Əslən Qubadlıdan olan ailə indi qaçıqın həyatı yaşayır. Əsəd isə birinci Qarabağ savaşında müharibədə iştirak edib. Döyüşlərdə iştirak etdiyi "Ləpətəpə" 20 il əvvəl əldən verilsə də, bu gün qardaşı Şükür onu yenidən bizə qaytardı

Şükür Həmidov tək Milli Qəhrəman adına deyil, həm də Milli Qəhrəmanın Qızıl ulduz medalına da layiq görülüb. Allah qorusun. Şükür də torpaqları.

******

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlıq və igidliyə görə polkovnik–leytenant Həmidov Şükür Nəriman oğlu prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb.

AzVision.az xəbər verir ki, polkovnik–leytenant Şükür Həmidov Ermənistan ordusu tərəfindən işğal edilən Qubadlı rayonundandır.

Qeyd edək ki, bir neçə gün öncə ölkə başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupunu Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görüb, orden və medallarla təltif edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar