RƏSMİ QƏZETLƏR PREZİDENTİN SƏRƏNCAMINI NİYƏ DƏRC ETMƏDİ?- Qalmaqal böyüyür

Bir qədər əvvəl prezident İlham Əliyevin Elnur Aslanovun işdən azad olunması ilə bağlı verdiyi sərəncamın rəsmi dövlət televiziyası olan AzTV-də verilməməsi ilə bağlı xəbər dərc etmişdik.

Məlumatlara görə, ASAİF-in həmtəsisçisi, Elnur Aslanovun əsas kadrlarından biri sayılan Orxan Əkbərov, həm də AzTV sədri Arif Alışanovun kürəkənidir. Buna görə də sərəncam efirdə səsləndirilməyib. AzTV mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova "Teleqraf.com"a açıqlamasında E.Aslanovla bağlı sərəncamın işıqlandırılmamasına bir cümlə ilə cavab verid: "Artıq bir neçə ildiri ki, kadr dəyişikliyilə bağlı sərəncamlar barədə efirdə məlumatlar verilmir".

Sonradan məlum olub ki, ölkə başçısının sərəncamına belə münasibət təkcə AzTV- də deyil, eyni zamanda ölkənin əsas rəsmi qəzetlərində də sərgilənib. İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması sərəncamını nə “Azərbaycan” qəzeti, nə də “Xalq” qəzeti dərc edib.

Həm AzTV-nin, həm də rəsmi qəzetlərin prezident sərəncamına göstərdikləri münasibətin arxasında hansı məqam dayanır?! Bu göstəriş onlara hardan gəlib?! Ümid edirik ki, bu sensasion məqama aydınlıq gətiriləcək.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Azadlıq” qəzetinin bu məslə ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, sərəncamı dərc etməmələrinə səbəb onun redaksiyaya göndərilməməsidir. Belə ki, baş redaktorun sözlərinə görə, qəzet rəsmi xəbərləri “Azərtac” dövlət agentliyindən alır, həmin sərəncamı isə agentlik qəzetə göndərməyib.

Prezidentin sərəncamına qarşı belə münasibətin səbəbini öyrənmək üçün “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənovla əlaqə saxlamaq mümkün olmayıb.

"Prezidentin Elnur Aslanovun işdən azad olunması ilə bağlı sərəncamının “Xalq qəzeti”ndə çap olunmamasına səbəbkarı AzərTAc-dır”. Bu barədə “Axar.az”a “Xalq qəzeti”nin məsul katibi İlqar Rüstəmov bildirdi. O, dövlət agentliyindən Elnur Aslanovun vəzifədən azad olunması ilə bağlı heç bir məlumatın göndərilmədiyini dedi:

“AzərTAc-dan nə gəlirsə, biz onu çap edirik. Nəyin dərc olunub, nəyin olunmamasını biz həll eləmirik”.

AzərTAc rəsmi isformasiya agentliyində Prezident sərəncamının dərc olunduğunu xatırlatdıqda isə İ.Rüstəmov bildirdi ki, biz materialları saytdan yox, proqramla alırıq: “Bizə rəsmən nə göndərirlər, onu da çap edirik. Bizə rəsmi məlumatlar AzərTAc-dan proqram şəklində gəlir. Nə göndərirlər onu çap edirik”. Qeyd edək ki, “Xalq qəzeti” birbaşa Prezident Administrasiyasına və şəxsən Prezidentə tabedir. Bu gün media martın 17-də verilən sərəncamın “Xalq qəzeti”ndə çap olunmadığı haqqında məlumat yaymışd

Elnur Aslanovun işdən çıxarılması haqda sərəncamı “Azərtac” agentliyinin “Azərbaycan” qəzetinə göndərməməsinə gəlincə, bu barədə agentlikdən mövqe öyrənmək mümkün olmayıb. Lakin qeyd edək ki, agentlik sərəncamı martın 17-də öz saytında yerləşdirib.

Azərbaycan Dövlət Teleqraf Agentliynin baş direktorunun birinci müavini Dağbəy İsmayılov isə AzNews.az-a açıqlamasında bu arqumentləri əsassız sayıb.

O, bildirib ki, bütün rəsmi məlumatlar mərkəzi dövlət qurumundan alınaraq, yayılır: “Bundan sonra hər bir mətbuat orqanı həmin məlumatı dərc edib-etməməsinə qərar verir. Bu, artıq onun öz üzərinə düşən işdir. Yəni hər bir mətbu orqanın özünün müstəqil siyasəti var. Biz hansısa orqana deyə bilmərik ki, bunu verin, yaxud da niyə vermədin”.

Həqiqət qəzet rəhbərlərinin məsələni “Azərtac”ın üstünə atması ilə vəziyyətdən çıxmaq mümkün deyil. Bunun üçün daha güclü arqument lazımdır. Çünki prezidentin sərəncamı artıq həmin gün saat 16:00 radələrindən bütün ölkə mediasında manşet kimi yayılıb və günün əsas xəbərinə çevrilib. Belə bir halda həm “AzTV”nin, həm də rəsmi qəzetlərin bu sərəncamı işıqlandırmamasının daha ciddi izahatı olmalıdır.

VAQİF

AzPOLİTİKA.İNFO

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar