İCRA BAŞÇISININ OĞLUNUN MİLYONLUQ MAŞIN KOLLEKSİYASI - Fotolar

Bu gün mətbuatda İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin milyonluq maşın kolleksiyasının fotoları yayılıb. Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşladığı qeyd olunub. Gundelik-baku.com-un məlumatında onun vaxtının böyük hissəsini özü kimi imkanlı dostları ilə birlikdə şəhərin elit məkanlarında keçirdiyi və  davaya meylli olduğu iddia edilib.

Hətta  Bakının ən məşhur restoranlarından biri olan «Şirvanşah» restoranında  ofsiantları döydüyü bildirilib."Ofsiantı təhqirlə çağırdığı üçün qalmaqal düşüb. Məsələyə restoran rəhbərliyi qarışsa da, icra başçısının oğlu və iki dostu restoranın işçisini əzişdirməyi bacarıblar» deyə məlumatda iddia olunur.

 Məhəmməd Hacıyevin avtomobil kolleksiyasına 10-PP-369 dövlət nömrə nişanlı «Bentley», «Land Rover», 90 AA 369 dövlət nömrə nişanlı «Mercedes S class», həmçinin son model «Mercedes Galendevagen» daxildir.

Məlumatda  Vilyam Hacıyevinə oğlunun Teymur Əliyev küçəsindəki 25 milyonluq villada yaşadığı da qeyd olunur.

İcra başçısının oğlunun milyonluq maşın kolleksiyası – FOTOLAR

İcra başçısının oğlunun milyonluq maşın kolleksiyası – FOTOLAR

İcra başçısının oğlunun milyonluq maşın kolleksiyası – FOTOLAR

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar