DYP POLKOVNİKİNİN BANKDA 1.2 MİLYONU BATIB?! — Şok təfərrüat

Mətbuatda yayılan xəbərə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov ilə "Bakı" futbol klubunun, "Baghlan Group FZCO"-nun prezidenti, 2016-cı il yanvarın 18-də lisensiyası ləğv edilən "Bank of Azerbaijan" ASC-nin sahibi Hafiz Məmmədov arasında mübahisə yaşanıb.

Ölkə.az saytının yaydığı xəbərdə bildirilir ki, Bakı şəhəri, H.Əliyev küçəsi 24 ünvanında Vaqif Əsədov idarə etdiyi "BMW" markalı "90-YP-333" nömrə nişanlı xidməti avtomobili ilə iş adamı Hafiz Məmmədovun içərisində olduğu "Mercedes-Benz Vita" markalı avtomobilin qarşısını kəsib. Bildirilir ki, daha sonra iş adamı onunla görüşməyə razılıq verib və söhbətin ikilikdə aparılmasını təklif edib. Ancaq Vaqif Əsədov bu cür təkliflərin növbəti vaxt uzatması olduğunu söyləyərək, vaxtilə "Bank of Azerbaijan"a qoyduğu əmanətlərin təcili şəkildə ona qaytarılmasını israrla tələb edib.

Vaqif Əsədov yayılan bu xəbərlərlə bağlı musavat.com-a açıqlamasında bildirib ki, belə bir hadisə baş verməyib: “Qanunu bilirəm və qanunun tələbləri üzrə hərəkət etməyə üstünlük verirəm. Mübarizə aparıramsa, bunu sivil yolla edərəm. Ən əsası isə qazandığım pulu xərcləyərəm də, onu banka niyə qoyuram ki..? Bu yazılanlar cəfəngiyyatdır. Heç Hafiz Məmmədovla üzbəüz gəlsəm, onu tanımaram. Hesab edirəm ki, bu cür xəbərlərin yayılmasında məqsəd qalmaqal yaratmaq istəyi ilə oxucular arasında çaşqınlıq yaratmaqdır. Görünür, informasiya qıtlığı, yaxud da kiminsə yol polisi ilə bağlı problemi olduğu üçün belə bir yalan informasiyanı yayıb. Yəqin ki, bunu yayanlar hansısa məsələ ilə bağlı mənim zəngimi gözləyirlər. Bunu belə başa düşürəm. Hər halda xalqımızın müdrikliyinə, cəmiyyətimizin savadlı olmasına, oxucularımızın hər şeyə düzgün qiymət vermələrinə inanıram. İnanıram ki, yazılanların cəfəngiyyat olduğunu hər kəs anlayır. Mənim fəaliyyətimə kölgə salaraq, bu cür məlumatları yayanlar, ən azı bir telefon açıb, mövqeyimi ala bilərdilər. Bütün günü telefonum yanımdadır. Məgər məni tapmaq çətindir?”

V.Əsədov bildirib ki, söhbət dünəndən gedirsə, gün ərzində harada olduğunu da deyə bilər: “Yazırlar ki, guya Hafiz Məmmədovun maşınını saxlamışam. Heç mən bilmirəm ki, Hafiz Məmmədovun maşınının markası nədir. İkincisi də əgər söhbət saxlanmalı olan nəqliyyat vasitəsindən gedirsə, göstəriş verərəm, saxlayarlar da... Niyə bunu özüm edirəm? Yəni bunları detallı şəkildə deyirəm ki, yazılanların cəfəngiyyat olması aydın olsun. Hafiz Məmmədovun da adını eşitmişəm ki, belə bir iş adamı var və yaxşı insandır. Allah canını sağ eləsin. Yenə deyirəm ki, heç biz üz-üzə gələrsək, bir-birimizi tanımarıq. Pula gəlincə isə bildirirəm ki, elə bir pul olarsa, xərcləməyə yer taparam. O qədər problemlərimiz var ki... Niyə banka qoyum, axı? İstirahət günü olsa da, hazırda tədbirdə olsam da, sizin zənginizi necə cavablandırdımsa, bunu yazanlar da mənə zəng edib, məlumat ala bilərdilər. Çox təəssüf ki, bunu etməyiblər. Yayılan məlumatlar tam əsassız və yalandır”.

***

“2016-cı il yanvarın 18-də lisensiyası ləğv edilən “Bank of Azerbaijan” ASC-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun 1 milyon 200 min dollar əmanəti var”.

Bu barədə “Ölkə.az”-a “Bank of Azerbaijan” ASC-nin sabiq əməkdaşı bildirib.

O, deyib ki, bankın lisensiyası ləğv olunandan sonra Vaqif Əsədov həmin əmanətləri götürməyi qərara alıb: “Ancaq bankda Vaqif Əsəsdovun pullarını qaytarmaq üçün bu qədər vəsait yoxdur”.

***

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov ilə “Bakı” futbol klubunun prezidenti, “Baghlan Group FZCO”-nun prezidenti, 2016-cı il yanvarın 18-də lisensiyası ləğv edilən “Bank of Azerbaijan” ASC-nin sahibi Hafiz Məmmədov arasında ciddi mübahisə olub.

“Ölkə.az”-ın əldə etdiyi məlumata görə, bir neçə gün bundan öncə Bakı şəhəri, H.Əliyev küçəsi 24 ünvanında Vaqif Əsədov idarə etdiyi “BMW” markalı “90-YP-333” nömrə nişanlı xidməti avtomobili ilə iş adamı Hafiz Məmmədovun içərisində olduğu “Mercedes-Benz Vita” markalı avtomobilin qarşısını kəsib.

Hadisə Hafiz Məmmədov həmin ünvandakı “Bank of Azerbaijan” ofisinə işə gələn zaman baş verib.

Bu hadisə baş verən zaman ətrafda xeyli sayda şahid insanlar da olub, hətta onlardan bəziləri hadisəni telefonlarına da çəkməyə nail olublar.

Vaqif Əsədov Hafiz Əsədovun avtomobilinin qarşısını kəsəndən sonra iş adamı onunla görüşməyə razılıq verib və söhbətin ikilikdə aparılmasını təklif edib. Ancaq Vaqif Əsədov bu cür təkliflərin növbəti vaxt uzatması olduğunu söyləyərək, vaxtilə “Bank of Azerbaijan”-a qoyduğu əmanətlərin təcili şəkildə ona qaytarılmasını israrla tələb edib. “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov Vaqif Əsədovu əmin edib ki, onun qoyduğu pul əmanətləri batmayacaq, gec-tez ona qaytarılacaq.

İş adamının bu vədləri Vaqif Əsəsdovu qane etməyib. Bu zaman V.Əsədovla H.Məmmədov arasında gedən dialoq daha da kəskinləşib. Vəziyyət o həddə çatıb ki, işə Hafiz Əsədovun mühafizəçiləri qarışmalı olub.

Mühafizəçilər Vaqif Əsəsdov və digər polislərə qarşı kobud davranaraq, onları Haviz Məmmədovun olduğu avtomobil ətrafından kənarlaşdırıblar.

Hadisə şahidləri “Ölkə.az”-a deyir ki, Vaqif Əsəsdov demək olar ki, hər gün keçmiş “İnqilab” küçəsində (İndiki adı Həsən Əliyev küçəsi gedir - red) yerləşən lisenziyası ləğv olunan “Bank of Azerbaijan”-ın ofisinə baş çəkir, banka qoyduğu vəsaitlərin aqibəti ilə maraqlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar