"DOLLAR QONAQLIĞI" VERƏN QIZIN ATASI BAKIDA BAŞÇIDIR! - Şok

Amerika Birləşmiş Ştatlarında (Vaşinqton) yaşayan Azərbaycanın icra başçılarından birinin qızı öz dostlarını verdiyi qonaqlıqla heyrətləndirə bilib.

Bu barədə modern.az saytı məlumat yayıb.

Təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara “Dollar qonaqlığı” verib.

Onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əskinaslar düzülüb. Bu, həm də Azərbaycanda devalvasiya dövrünə təsadüf edir.

Həmin xanımın adı və kimliyi modern.az-a bəlli olsa da, sayt əlavə məlumat verməyib. Lakin daha sonra sayt yenidən bu məsələyə qayıdaraq, bildirib ki, ad çəkməmələri məclisdən çəkilən fotoların hələ ki, redaksiyaya daxil olmaması ilə bağlıdır. "Hələlik dəqiqləşdirilmiş məlumat bundan ibarətdir ki, səs-küylü qonaqlığı verən xanım hazırda Bakı rayonlarının birinə rəhbərlik edən icra başçısının qızıdır" - deyə, sayt bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar