Gömrük Komitəsində mediadan xəbərsiz 5-ci müavin

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinlərinin sayı 5-ə çatdırılıb.

Modern.az saytının məlumatına görə, bu ilin yanvar ayınadək 4 müavinlə işləyən general Aydın Əliyevin 5-ci müavininin təyinatı ilə bağlı verilmiş sərəncamdan medianın və ictimaiyyətin xəbəri olmayıb.

Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Aydın Əliyevin 5-ci müavini 2013-cü ilin yanvarında bu posta təyinat almış gömrük xidməti general-leytenantı Şahin Soltan oğlu Bağırovdur.

12 yanvar 1965-ci ildə anadan olmuş Şahin Bağırov 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.

Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenı alıb.

2014-cü ilin yanvar ayından Azərbaycan Respublikasının sədrinin müavini vəzifəsində çalışır.

Bu il fevralın 3-də prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.

Qeyd edək ki, bu təyinatadək Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin general-leytenant rütbəli 4 müavini var idi. Bunlardan ikisi əslən Naxçıvan MR-in Babək rayonun Nehrəm kəndindən olan 1-ci müavin Səfər Mehdiyev və müavin Əsgər Abdullayev, ikisi isə Naxçıvan MR-in Ordubad rayonundan olan Rza Həsənəliyev və Nazim Məmmədovdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar