CƏBHƏDƏ YENİDƏN ŞİDDƏTLİ ATIŞMALAR BAŞLAYIB: Ermənilərin 17 itkisi var + VİDEO

Ermənistan ordusu Tərtər ərazisində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Aprelin 27-si saat 23:00 radələrindən etibarən erməni silahlı qüvvələri Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimizi artilleriya silahlarından atəşə tutmağa başlayıblar.

Musavat.com saytının Tərtərə ezam olunmuş reportyorlarının verdiyi son dəqiqə xəbərinə görə, hazırda qarşı tərəfin atəşkəsi pozması intensiv olaraq davam edir.

Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verir. Reportyorlarımız bildirirlər ki, zaman gecəyə doğru irəlilədikcə, atışma qarşılıqlı olaraq, daha da şiddətlənir.

* * * *

**********

Bu gecə qoşunların təmas xəttində baş verən atışmada daha 3 erməni əsgərinin yaralandığı rəsmən etiraf edilib. Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan açıqlayıb.

Onun sözlərinə görə, yaralılardan birinin vəziyyəti olduqca ağırdır.

Erməni sosial şəbəkə istifadəçiləri isə 26-27 aprel tarixlərində Talış kəndi ətrafında baş verən və artilleriya atəşi ilə müşayiət olunan toqquşmada 17 erməni hərbçisinin öldüyünü, 32 nəfərin isə yaralandığını bildirirlər.

Qeyd edək ki, səhər saatlarında Ermənistan Müdafiə Nazirliyi 1996-cı il təvəllüdlü Ayk Minasyanın Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü təsdiqləmişdi.

Ermənistan Müdafiə Nazirliyinin 26 aprel tarixli rəsmi açıqlamasında iki muzdlu hərbçi - 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyanın cəbhədə öldüyü bildirilib. Həmçinin İcevandakı hərbi hissələrdən birinin kazarmasında bir əsgərin - Ohanes Petrosyanın güllə ilə öldürüldüyü də etiraf edilib.

Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin artilleriya atəşi nəticəsində mülki evlərin dağıldığını bildirib, itki olmadığını açıqlayıb. Ermənilərin itkiləri barədə MN açıqlama verməyib.

************

Bu gecə ermənilərin atəşkəsi pozması nəticəsində ordumuzun qarşı tərəfin hərbi mövqelərinə endirdiyi zərbələr nəticəsində Ermənistan ordusunun daha üç hərbçisi yaralanıb. ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə Ermənistan Müdafiə Nazirliyinin hərbi tibbi idarəsinin rəisi Kamavor Xaçatryan məlumat verib.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Bu gecə Ermənistan ordusunun bir hərbçisi də ölüb. Ölən 1996-cı il təvəllüdlü Ayk Minasyandır.

Ötən gecə də ermənilərin atəşkəs rejimini pozması nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin hərbçiləri - 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüblər.

Azərbaycan Müdafiə Nazirliyi də bu gecə cəbhədə baş verənlərlə bağlı məlumat yayıb. Nazirlikdən bildiriblər ki, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq ermənilərin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Ermənistan əsgərinin silah-sursatı

Ermənistan əsgərinin silah-sursatı

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib.

***

54989

Azərbaycan Silahlı Qüvvələri ermənilərin ancaq hərbi obyektlərinə cavab zərbələri endirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş verən hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır.

Təmas xəttində erməni zərbəsi ilə dağıdılan ev

Təmas xəttində  dağıdılan ev

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Novruzlu, Mərzili, Qaraqaşlı, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Ermənilərin atdığı "qrad" mərmilərindən biri Tərtərin İsmayılbəyli kəndində 35 kilovatlıq elektrik yarımstansiyasının yaxınlığında partlayıb. Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kənd elektrik enerjisiz qalıb. Bu barədə ANS PRESS-ə atəşkəsin ən intensiv pozulduğu Tərtər rayonunun İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə müdir müavini Elvin Umudov məlumat verib.

“Axşam saatlarından başlayaraq Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində mərmilərdən biri Yuxarı Qapanlı kəndində Kazımov Azad Süleyman oğluna məxsus yaşayış evinə düşüb və evə ciddi ziyan dəyib.  Kənd sakininin təsərrüfatı da zərər çəkib. Onun iribuynuzlu heyvanları yaralanıb. Yuxarı Qapanlıdan başqa, Əksipara kəndində də 3 evə ciddi ziyan dəyib. Seydimli kəndində də bir yaşayış evinə mərmi düşüb. Ev sahibinin mal tövləsi də yararsız hala düşüb”.

Xoşbəxtlikdən mülki şəxslər arasında yaralanan olmayıb.

600@0

Bu gecə ermənilərin atəşkəs rejimini pozması nəticəsində Ermənistan ordusunun bir hərbçisi ölüb. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı yazıb. Bildirilir  ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin əsgəri - 1996-cı il təvəllüdlü Ayk Minasyan ölüb.

Bundan başqa qarşı tərəf iddia edib ki, qoşunlarımız onların mövqelərinə qradlardan atəş zərbələri endirib. Bu iddiaya münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ANS PRESS-ə bildirib ki, ermənilərin bu məlumatı həqiqəti əsk etdirmir: “Azərbaycan ordusu erməni mövqelərinə qradlardan heç bir zərbə endirməyib”.

Ötən gecə də ermənilərin atəşkəs rejimini pozması nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin hərbçiləri - 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüblər.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar