ERMƏNİLƏR BM-21 YAYLIM ATƏŞLİ REAKTİV SİSTEMLƏRDƏN ATƏŞ AÇIR - YENİLƏNİR

"Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsindədir və nazirliyin əməkdaşları cəbhənin ağdam istiqamətinə dəymiş ziyanla bağlı evlərə baxış keçiriblər".

Bunu "Report"un Qarabağ bürosunun müxbirinə Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

V.Dərgahlının sözlərinə görə, son üç sutka ərzində erməni tərəfi atəşkəs rejimini ağır artilleriya qurğuları ilə pozaraq, yaşayış məntəqələrini və mülkü şəxsləri atəşə tutur: "Bu, Ermənistanın siyasi rəhbərliyinin Azərbaycana qarşı apardığı təxribat xarakterli siyasətini açıq-aydın göstərir. Ermənilər qadağan olunmuş silahlardan da istifadə edirlər ki, həmin mərmilərin beynəlxalq konvensiyalar tərəfindən istifadə olunmaması göstərilib. Ermənilər isə öz barbarlığını göstərərək, bu silahlar vasitəsilə yaşayış məntəqələrini atəşə tuturlar. Atəşkəsin pozulması əsasən gecə saatlarında olur. İriçaplı silahlardan, minaatanlardan, D-20 və D-30 haubitsalarından istifadə olunmaqla yaşayış məntəqələri atəşə tutulur".

MN rəsmisi əlavə edib ki, ermənilər ilk dəfə BM-21 yaylım atəşli reaktiv sistemlərindən atəş açmağa da başlayıblar: "Ermənilər bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur. Bunun məsuliyyətini Ermənistanın hərbi və siyasi rəhbərliyi daşıyır".

* * *

Aprelin 27-si gecə saatlarından etibarən ermənilərin atəşkəsi pozması və artilleriya zərbələri endirməsi nəticəsində Ağdam rayon sakinlərindən 8 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Bu barədə “Report”a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Ölən şəxs rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğludur.

Yaralılar isə bunlardır:

1. Abdullayev Anar Nizami oğlu, 1975-cı il təvəllüdlü, Çəmənli kəndi;

2. Rəhimov Zahid Vəliş oğlu, 1985-cı il təvəllüdlü, Çəmənli kəndi;

3. Hüseynov Əli Müseyib oğlu, 1943-cı il təvəllüdlü, Çəmənli kəndi;

4. Kərimov Sirdaş Şükür oğlu, 1962-cı il təvəllüdlü, Çəmənli kəndi;

5. Məmmədov Adil Musdu oğlu, 1955-cı il təvəllüdlü, Çəmənli kəndi;

6. Məmmədov Elnur Polu oğlu, 1978-cı il təvəllüdlü, Əfətli kəndi;

7. Qarayev Elgiz Elbrus oğlu, 1985-cı il təvəllüdlü, Qaradağlı kəndi;

8. İmanov Məhəmmədəli Soltan oğlu, 1963-cı il təvəllüdlü, Zəngişalı kəndi (kontuziya).

Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan əksəriyyətinin vəziyyəti orta-ağırdır.

Bundan başqa, “Qaramal” fermasında 11 baş inək ölüb, 19 baş inək yaralanıb. Əfətli kəndi ərazisində 17 evə ziyan dəyib, 2 ev tamamilə dağlıb. Çəmənli kəndi ərazisində 3 evə ziyan dəyib, 1 ev dağlıb, 1 avtomobil yararsız hala düşüb, 1 at və 1 inək ölüb. Qaradağlı kəndi ərazisində 27 evə ziyan dəyib, 5 ev dağılıb. Zəngişalı kəndi ərazisində 8 evə ziyan dəyib, 1 ev yanıb, 1 mağaza və 2 ev dağılıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Atəşkəsin pozulması nəticəsində Silahlı Qüvvələrin şəxsi heyəti arasında heç bir itki olmayıb.

Polkovnik Dərgahlı Ermənistan mətbuatının Azərbaycan tərəfinin ağır altilleriyadan zərbə endirməsinə də münasibət bildirib: “Nə qədər ki, Ermənistan tərəfi mülki əhalinin yaşayış məntəqələrini atəşə tutmağa davam edəcək, Azərbaycan ordusu da onlara müvafiq texnikalardan zərbə endirəcək. Bizim cavab tədbirlərimiz yanlız onların atəş zərbələrinədir".

Qeyd edək ki, Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar