TƏRTƏRƏ BOMBA YAĞIR, NAZİR və MƏMURLAR KONSERTDƏ... - Fotolar + VİDEO

Məşhur italyan müğənni Eros Ramazzotti ötən gün Bakıda konsert verib. Bakı “Crystal hall”da baş tutan konserti izləməyə gələnlər arasında dövlət rəsmiləri, tanınmış simalar olub.

Onlar arasında xarici işlər naziri Elmar Məmmədyarov və AZAL-ın prezidenti Cahangir Əsgərov da yer alıb.

Onu da qeyd edək ki, musavat.com-un məlumatına görə, Qarabağda müharibənin şiddətləndiyi bir vaxtda əsas işi ölkənin xarici siyasət idarəsinin müharibə şəraitində çevik işləməsini təmin etmək olan bir nazirin əyləncəyə bu cür vaxt ayırması sosial şəbəkələrdə ciddi tənqid olunub. Oxucular hesab edir ki, indi əyləncə və istirahət vaxtı deyil.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar