TAĞI ƏHMƏDOVUN GİZLİ VİDEOSUNU ÇƏKİB... - 5 milyon tələb ediblər

“Akif Çovdarovun əlində sabiq metropoliten rəhbərini bitirəcək kompromat olub”

Bu günlərdə mətbuatda Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədov barədə sensasion sayıla biləcək bir məlumat yayıldı. Həmin məlumatda bildirilirdi ki, ləğv edilmiş MTN-nin baş idarə rəisi olmuş Akif Çovdarov T.Əhmədovdan 3 milyon xərac alıb.

Xəbərdə xəracın alınmasına nəyin səbəb olduğu qeyd edilmirdi. Düzdür, bəzi gümanlar vardı, amma dəqiq fakt yox idi. Heç jurnalistlər də bu haqda çox dərinə getmədilər. Çünki Eldar Mahmudov vəzifədən çıxarıldıqdan sonra MTN çetesinin bir çox əməllərinin üstü açıldı. Məlum oldu ki, E.Mahmudova yaxın bir sıra MTN zabiti məmurlardan və iş adamlarından zorla pul alırmış. Bu siyahıya nazirlər, nazir müavinləri, komitə sədrləri, bizneslə məşğul olan imkanlı şəxslər daxil olub. MTN çetesinin zorakılığına məruz qalaraq onlara pul vermək məcburiyyətində qalan xeyli iş adamı bu barədə mətbuata danışıblar. Məmurlar isə susurlar. Hətta sabiq vəzifə sahibləri də bu mövzuda sükut edirlər.

tagi_ehdfghTağı Əhmədov da barəsində yayılan məlum xəbərə heç bir reaksiya bildirmədi. Bundan öncə onun bankda batan 8 milyon xəbərinə isə dolayısı ilə reaksiya vermişdi. “Yeni Müsavat”ın redaksiyasına ismarış yollamışdı ki, onun bankda 8 milyonu batmayıb. Ola bilər, məbləğ bir qədər az olduğundan “mənim o bankda 8 milyonum batmayıb” deyib sabiq metropoliten rəisi. Bəlkə 5 milyonu batıb, ya da, məsələn, 4 milyon 765 mini...

Amma T.Əhmədov barəsində yayılan son xəbərə - A.Çovdarova 3 milyon ödəməsi haqda deyilənlərə tükünü belə tərpətmədi.

Etibarlılığına və mötəbərliyinə şübhə etmədiyimiz bir mənbə bu günlərdə musavat.com-a maraqlı məlumat verib. Mənbənin iddiasına görə, ortada Tağı Əhmədovu 3 milyon ziyana salan gizli çəkilən video olub. Bildirilir ki, MTN çetesinin gizli çəkilişlər “ustadı” Akif Çovdarovun əlində Tağı Əhmədovu bitirəcək kompromat varmış. Çovdarov həmin kompromatı əvvəlcə 5 milyona qiymətləndirib. Danışıqlar nəticəsində məbləğ 3 milyona endirilib. Bu danışıqlarda T.Əhmədovun mövqeyini ifadə edən, onu 2 milyon izafi xərcdən qurtaran bir başqa məmurun iştirakı haqda da məlumatlar dolaşır.

Mənbə deyir ki, məbləğ ödənilib və kompromat oda davamlı seyflərdən birinə qoyulub...(Musavat.com)

[caption id="attachment_170423" align="alignleft" width="227"]A.Çovdarov A.Çovdarov[/caption]

Qeyd edək ki, "AzPolitika.info" da bununla bağlı yazısında (BAX: TAĞI ƏHMƏDOVUN “BURCUDA” BİLMƏMƏKLİYİ - red.) A.Çovdarovun T.Əhmədov kimi birini şantaj edib, 3 milyon ala bilməsini 2 səbəblə bağlayıb. Sitat:

"Əgər həqiqətən də A.Çovdarov T.Əhmədovu metropolitendəki korrupsiya ilə şantaj edibsə, deməli bu, heç bir halda onun özfəaliyyəti olmayıb. Görünür ki, bu hadisə T.Əhmədovun işdən çıxarılması ərəfəsində baş verib və ümumi qayda-qanuna söykənib. Axı sirr deyil ki, Azərbaycanda kimisə vəzifədən çıxarmazdan əvvəl, mütləq onun “kassasında” təmizlik işləri aparılır…

Yox, əgər Tağı Əhmədovu cəzalandırmaq A.Çovdarov-E.Mahmudov cütlüyünün şəxsi təşəbbüsü olubsa, T.Əhmədov zamanında bu barədə heç kimə şikayət edə bilməyibsə, deməli bu halda kompromatın nədən ibarət olduğunu anlamaq üçün Çovdarovun dəst-xəttinə yenidən nəzər salmağa ehtiyac var: Qadınla şantaj, adam oğurluğu, işgəncə…"

Musavat.com-a məlumat verən mənbənuin dediklərindən isə belə çıxır ki, Çovdarovun məhz öz dəst-xətti ilə Tağı Əhmədovun üzərinə gedib. Belədirmi, ya ortada başqa məsələlər var, bunu da gərək Tağı Əhmədovun özü açıqlasın.

Murad

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar