MSK Hafiz Hacıyevə sadəcə xəbərdarlıq etdi- Absurd qərar

MSK-nın heç bir günahı olmayan Cəmil Həsənliyə ciddi xəbərdarlıq etməsi qərarın sifarişli olduğunu göstərir

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daxil olan müraciətlərə baxılıb. APA-nın məlumatına görə, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun və prezidentliyə namizəd Cəmil Həsənlinin şikayətinə baxılıb.

Ə. Əhmədovun müraciətində sentyabrın 19-da İctimai Televiziyada keçirilən debatda Cəmil Həsənlinin Seçki Məcəlləsinin tələblərini pozduğu qeyd olunub. Müraciətdə bildirilib ki, C. Həsənli Konstitusiyanın 106-cı maddəsinin tələblərini pozaraq, Azərbaycan Prezidenti İlham Əliyevi, onun ailəsinin şərəf və ləyaqətini təhqir edib.

Prezidentliyə namizəd Cəmil Həsənli isə müraciətində eyni debatda prezidentliyə namizəd Hafiz Hacıyevin onu və ailəsini təhqir etdiyini, plastik su qabı atdığını, ayrılmış 1,5 dəqiqə vaxtını aldığını bildirib. C. Həsənli eyni zamanda YAP-ın prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun da onu təhqir etdiyini bildirib. C. Həsənli bununla hər iki şəxsin Seçki Məcəlləsinin tələblərini pozduqlarını bildirib və MSK-nın araşdırma aparmasını istəyib.

Komissiyanın iclasında həmçinin İctimai Televiziyanın da prezidentliyə namizəd Cəmil Həsənli ilə bağlı şikayətinə baxılıb. Şikayət məktubunda C. Həsənlinin efir qaydalarını pozduğu, əlavə 6 dəqiqə 12 saniyə efir vaxtından istifadə etdiyi, bununla da quruma zərər vurduğu bildirilib.

MSK bütün müraciətləri araşdırdığını açıqlayıb.

Araşdırma nəticəsində Əli Əhmədovun və İctimai TV-nin müraciətində göstərilənlərin sübut olunduğu bildirilib. MSK Cəmil Həsənliyə ciddi xəbərdarlıq edib.

İclasda Cəmil Həsənlinin də müraciətinin araşdırıldığı, onun müraciətindəki halların təsdiqini tapdığı bildirilib. C. Həsənlinin müraciəti əsasında Hafiz Hacıyevə də xəbərdarlıq olunub.

MSK prezidentliyə namizədləri etik davranış qaydalarına əməl etməyə çağırıb. Namizədlərə Seçki Məcəlləsinin 88.1 və 88.2 maddələrinə xüsuilə əməl edilməsinin vacibliyi xatırladılıb.

MSK-nın heç bir günahı olmayan Cəmil Həsənliyə ciddi, təxribatlara yol verən, Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozan Hafiz Hacıyevə sadcə xəbərdarlıq etməsi isə qərarın sifarişli olduğunu göstərir. Zatən bu MSK-dan başqa qərar da gözlənilmirdi.

 

Vaqif

AzPoliktika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar