ZAQATALADA TERROR: DİN, DTX və Baş Prokurorluqdan birgə açıqlama - YENİLƏNİR

Xəbər yenilənir. Son yazılar əvvəldədir

Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq Zaqatalada keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb.

Daxil olan birgə məlumatda bildirilib ki, respublikanın hüquq mühafizə orqanları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilir.

Belə ki, daxili işlər, prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bölgədə dini dözümsüzlük və bölücülük meylləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov saxlanılıblar.

Üzərlərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 ədəd avtomat silahı, 2 tapança, 13 əl qumbarası, 310 ədəd müxtəlif çaplı patron, 5 trotil şaşkası, həmçinin təbliği və yayılması qanunla qadağan edilmiş xeyli sayda dini ədəbiyyat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

* * *

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər rayon sakinləri - Vaqif Padarov, Vüqar, Əbdürrəhman və İslam adlı şəxslərdir.

Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.

Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.

* * *

Zaqatala rayonunda polis genişmiqyaslı əməliyyat keçirib.

"Report" xəbər verir ki, əməliyyat nəticəsində 10-a yaxın radikal dini cərəyanın nümayəndələri saxlanılıb.

Onlardan qadağan olunmuş dini ədəbiyyat, xeyli sayda silah-sursat, o cümlədən qumbaralar götürülüb.

Xatırladaq ki, mayın 1-də saat 07.30 radələrində Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib. Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Böyütmək üçün şəkillərə klikləyin 

[gallery size="medium" ids="212593,212594,212595,212596,212597,212598"]

* * *

Daxili İşlər Nazirliyi (DİN) Zaqatala rayonunda baş verən partlayışla əlaqədar məlumat yayıb.

Məlumatda bildirilib ki, mmayın 1-də saat 07.30 radələrində Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib. Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

* * *

Zaqatalada partlayış baş verən sahə müvəkkilinin iş otağı Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun sağ sahilində, Əliabad qəsəbəsinin girişində, hər həftənin bazar günləri fəaliyyət göstərən bazarda yerləşir.

Hadisə şəhidlərinin APA-ya verdiyi məlumata görə, xoşbəxtlikdən partlayış baş verən otağın ətrafında xırda ticarətlə məşğul olan insanlardan xəsarət alan olmayıb.

Sahə müvəkilinin otağına əl qumbarası yerləşdirildiyi barədə şaiyələr yayılıb. Sahə müvəkili qapını açan zaman elə əl qumbarasının partladığı bildirilir.

* * *

Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı qəlpə yaraları alıb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saat 08 radələrində rayonun Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyev bədəninin çoxsaylı qəlpə yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub.

Hazırda Rövşən Baliyev xəstəxanada həkim müayinəsindən keçir. Zaqatala rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə rayonun Əliabad qəsəbəsində Zaqatala RPŞ-nin Əliabad qəsəbəsində yerləşən polis sahə müvəkkilinin iş otaqğında baş verib. İlkin məlumata görə, Əliabad qəsəbəsində sahə müvəkkili işləyən polis kapıtanı Rövşən Baliyev iş otağının qapısını açıb içəri daxil olmaq istəyən zaman anidən partlayış baş verib. Nəticədə sahə müvəkkili çox saylı qəlpə yaraları alıb.

Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində əməliyyat tədbirləri apararaq hadisənin baş vermə səbəblərini araşdırırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar