Elmar Vəliyev Pərviz Həşimlinin çayxanasını sökdürdü

"Bizim Yol" qəzetinin əməkdaşı Pərviz Həşimlinin MTN tərəfindən müəmmalı həbsindən 1 gün sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistin bu şəhərdəki çayxanasını sökdürüb. Bu barədə "AzPolitika.info"-ya "Turaneli.tv"-nin rəhbəri Mətləb Həsənli məlumat verib.

Məlumata görə, Pərviz Həşimli ilə Elmar Vəliyevin münasibətləri yaxşı olub. Elə şəhərin Gülüstan qəsəbəsində yerləşən "Dostluq" parkı ərazisindəki torpaq sahəsini də jurnalistə Elmar Vəliyev pay veribmiş. P.Həşimli həmin torpaqda çayxana tikdirib. Lakin həbsindən bir gün sonra, M.Həsənlinin dediyinə görə, Elmar Vəliyev jurnalistin çayxanasını sökdürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar