ZİYA MƏMMƏDOVU BAKIDAN "ÇIXARDILAR" - Sumqayıt və Gəncəyə də "buraxmadılar"

Nazirlər Kabineti (NK) “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda dəyişiklik edib. Fins.az xəbər verir ki, indiyə qədər bu müsabiqəni həm şəhərdaxili (rayondaxili), həm şəhərlərarası (rayonlararası), həm də beynəlxalq marşrutlar üzrə Nəqliyyat Nazirliyi (NN) keçirib. Bundan sonra isə Bakı, Sumqayıt və Gəncədə bu işlə NN məşğul olmayacaq.

Belə ki, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanın sifarişçisi paytaxtda NK yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıtda Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Gəncədə isə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi olacaq.

Bu isə nəqliyyat sektorunda fəaliyyət göstərən sahibkarlara marşurut xətlərinin verilməsi kimi gəlirli bir sahənin də Ziya Məmmədovun əlindən alınmasıdır. Azərbaycanda müsabiqələr və tenderlər formal xarakter daşıdığından hansı marşurut xəttinin hansı sahibkara və neçəyə verilməsini Nəqliyyat Nazirliyinin səlahiyyətli şəxsləri müəyyən edirdi. Təbii ki, "ənənəvi" qaydalarla.

Yəni, bundan əvvəl Bakı, Sumqayıt və Gəncədə sahibkarlar lisenziya almağa, daha işlək marşurut xətləri əldə etməyə və sairə görə Nəqliyat Nazirliyinin məsul şəxslərinə birdəfəlik və aylıq ödənişlər həyata keçirirdilər. Lisenziya vermək səlahiyyətini bir müddət əvvəl itirən nazirlik indi də Bakı, Sumqayıt və Gəncədə marşurut xətləri sahibkarlara satmaqdan da məhrum edildi. Yəni Ziya Məmədovun paytaxta və plkənin əsas şəhərlərində hökm edəcəyi, sözünün keçəcəyi hər hansı bir sahə qalmadı.

Bununla həm də Ziya Məmmədovun ətrafının pul qazana biləcəyi son sahələrdən biri də ondan alındı. Yəqin,  nazirlikdə həmin sahəyə nəzarət edən şöbə və işçilər də ixtisara düşəcək. Ümumiyyətlə, belə getsə, nazirlikdə Ziya Məmmədov və müavinələrindən başqa kimsəyə ehtiyac qalmayacaq. Onlar da sadəcə, Nəqliyyat Nazirliyi adında nə iş görəcəyi artıq məlum olmaya qurum hələ də saxlandığı üçün lazımdırlar. Amma nə vaxtacan?

Murad

AzPolotika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar