Separatçılara qoşulan azərbaycanlı həbs olundu - FOTO

Ukrayna rəsmləri mayın 1-də “Donetsk Xalq Respublikası”nın silahlı dəstələrində xidmət edən 9 nəfərin həbsi barədə məlumat yayıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, həbs olunanlar arasında 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşının da olduğu bildirilir.

Donetsk vilayətinin polis idarəsinin rəisi Vyaçeslav Abroskin həbs olunan azərbaycanlının Slavyansk şəhərində yaşadığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı 2014-cü ilin aprel-may aylarında separatçıların əlində olan Slavyanskda patrul kimi fəaliyyət göstərib və “Donetsk Xalq Respublikası”nın sıralarında vuruşub. Onun barəsində saxlanma qərarı mçıxarılıb və barəsində istintaq başladılıb.

Vyaçeslav Abroskin saxlanılan 9 nəfərə, o cümlədən Azərbaycan vətəndaşının kimliyini açıqlamaqdan imtina edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar