HACI MƏMMƏDOV DTX-dan ÇIXARILDI - Binə qəsəbəsindəki "zon"a köçürülüb

On ildən artıqdır ki, ləğv edilmiş Milli Təhlükəsizilik Nazirliyi və indiki Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılan ömürlük cəzaya məhkum edilmiş sabiq polis polkovniki Hacı Məmmədov, səhətində yaranan problemlə bağlı dünən axşam saatlarında Penitensiar Xidmətin tabeçiliyində olan, Binə qəsəbəsində yerləşən Vərəmli Məhkumlar Üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.

Bu barədə məlumatı Azinforum.az saytı yayıb. Məlumata görə, hazırda Penitensiar Xidmətin həmin müəsissəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən sayta bildiriblər ki, mövcud qanunvericilik cəzani icra edən orqana məhkumların tənbeh almaları, yerdəyişmələri barədə məlumatı KİV-lərə açıqlamağı qadağan edir. Adətən bu cür məlumatları tanınmış məhkumların razılığı ilə ailə üzvləri və ya vəkilləri ictimaiyyətə açıqlayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar