Məşhur qəzet Yerevanla Astana arasındakı gərginlikdən yazdı

Asiya qitəsinin ən çox oxunan qəzeti “The Diplomat” Qazaxıstanla Ermənistan arasındakı gərginlikdən yazıb.

Modern.az xəbər verir ki, “Qazaxıstanın Ermənistana qarşı demarşı Avrasiya İttifaqından kənara çıxır” adlı məqalədə həm iqtisadi, həm də hərbi blokda birlikdə təmsil olunan ölkələr arasında ciddi problemlərdən söz açılır.

“Qazaxıstan ilk vaxtlardan başlayaraq Qarabağ münaqişəsinə görə Ermənistanın Avrasiya Birliyinə inteqrasiyasına mane olmağa çalışırdı. Hətta məhz Astananın təklifi ilə bu il aprelin əvvəllərində hərbi əməliyyatların qızğın çağında Avrasiya İttifaqının baş nazirlərinin Yerevandakı görüşü ləğv olundu, qazaxıstanlı nümayəndə heyəti isə Ermənistandakı investisiya forumunda iştirakdan vaz keçdi”.

“The Diplomat” yazır ki, buna cavab olaraq Ermənistanın Şirak vilayətində yerləşən Ariç kəndinin prezident Nursultan Nazarbayevin şərəfinə adlandırılan mərkəzi küçəsinin adı dəyişdirildi.

Bundan başqa, Qazaxıstanın Ermənistana qarşı demarşı beynəlxalq arenada da özünü göstərir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birgə təmsil olunmaqlarına baxmayaraq, Qazaxıstan İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı kimi tanıdığı yekun sənədə qol çəkmişdi.

Sonda məqalə müəllifləri Nursultan Nazarbayevin dərc olunmuş manifestini xatırladıblar. Həmin manifestdə Nazarbayev “bəzi ölkələrin üçüncü dövlətlərə, o cümlədən qonşusu olan ölkələrə qarşı üstünlük əldə etmək üçün hərbi bloklara sığındığını” qeyd etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar