UNEC-də dissertasiyaların keyfiyyətinin artırılması ilə bağlı yenilik

iqtisad_universitetinde_Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dissertasiyaların keyfiyyətinin yüksədilməsi və müasir tələblərə uyğunluğunu təmin etmək məqsədilə Ekspertiza Komissiyası yaradılıb. Dissertasiyaların Ekspertiza Komissiyasının müvafiq rəyindən sonra ixtisaslar üzrə kafedralara müzakirə üçün göndərilməsi nəzərdə tutulur.

Yeni qaydaların tətbiqində əsas məqsəd UNEC-də elm sahələri və ixtisaslar üzrə müdafiə edən doktorant və dissertantların elmi işlərinin kafedralarda ilkin ekspertizasına qədər keyfiyyətinin yüksədilməsinə dair rəy vermək, təkliflər hazırlamaq və müasir tələblərə uyğun olduğunu təmin etməkdən ibarətdir.

UNEC-də elm sahələri və ixtisaslar üzrə təhsil alan doktorant və dissertantların dissertasiyalarının keyfiyyətinin yüksədilməsinə dair təkliflərin verilməsi, elmi dərəcə almaq üçün təqdim edilən dissertasiyaların tələblərə, tərtib qaydalarına, əsas nəticələrin dərc olunmasına dair elmi nəşrlərə, həmçinin müasir tələblərə uyğunluğunun qiymətləndirilməsi komissiyanın funksiyalarına daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar