​MTRŞ telekanallara reklamlarla bağlı yeni qaydalar göndərib

Milli Televiziya və Radio Şurası (MTRŞ) yerli televiziya kanallarına qaçan sətirlə yayımlanan reklamın təqdimolunma qaydasını göndərib. Hazırda yayımçılar yeni qaydaların tələblərinə adaptasiya mərhələsindədirlər.

Bu barədə “Report”a MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov məlumat verib.

O xatırladıb ki, Nazirlər Kabineti tərəfindən bu il martın 2-də “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası” təsdiq olunub. Həmin Qaydaya görə, televiziya proqramlarında qaçan sətirlə reklamın yayımı xüsusi bildiriş, yaxud “R” işarəsi ilə müşayiət olunmalıdır. Qaçan sətir reklamı TV kadrının aktiv hissəsinin 7%-dən çox sahəsini tutmamalıdır. Bu cür reklamın vaxtı ümumilikdə TV-də reklam üçün ayrılmış ümumi vaxta daxildir.

“Bundan başqa, siyasi verilişlərdə, xəbər proqramında qaçan sətir reklamı verilə bilməz. Uşaq və dini verilişlərdə isə alkoqollu içki reklamı subtitrlə verilə bilməz. Matəm günlərində qaçan sətir reklamı yayımlana bilməz və s.”, - şöbə müdiri deyib.

T.Dadaşov bildirib ki, MTRŞ bu sahədə müəyyən məsələləri nəzərə alır: “Hazırda qeyd etdiyim qayda telekanallara göndərilib. Yayımçılar yeni qaydaların tələblərinə adaptasiya mərhələsindədirlər. Biz burada müəyyən məsələləri nəzərə alırıq. Çünki reklam verənlərlə müqavilələr köhnə şərlərlə bağlanıb. Lakin tezliklə qaydaların tələblərinin icra vəziyyətinə ciddi şəkildə nəzarət ediləcək. Əvvəlki dövrlərdə efirin bəzən 30%-dən çox hissəsini tutan qaçan sətir reklamlarına rast gəlinirdi. Bu isə tamaşaçının hüquqlarını pomaq, proqramların keyfiyyətli yayımına əngəl törədirdi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar