Mərkəzi Bankın ehtiyatları açıqlandı

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il mayın 1-nə 4120,6 milyon dollar təşkil edib. Fins.az AMB-yə istinadən xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmi aprelin 1-nə olan göstərici ilə müqayisədə 54,8 milyon dollar və ya 1,34% artıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 896,1 milyon dollar və ya 17,9% təşkil edib. Keçən ilin eyni dövrünə nisbətən isə ehtiyatlar 4 267300 dollar və ya 50% azalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar