Messi nəhəng robot-qapıçını məğlub edib - VİDEO

Argentinalı hücumçu hər 3 cəhdindən yararlanıb

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Yaponiya teleşousunda iştirak edib. "Report"un məlumatına görə, argentinalı hücumçunun veriliş zamanı robotun qoruduğu qapıya zərbə endirməsi lazım gəlib.

Qapıçı-robot qapının demək olar ki, bütün sahəsini tutub və nəhəng əlləri ilə hərəkət edib. Messi hər 3 cəhdindən yararlanaraq, tapşırığının öhdəsindən gəlib.

Qeyd edək ki, bu mövsüm Lionel Messi "Barselona"nın heyətində 30 oyuna 25 qol vurub. O, yeganə 5 qat (2009, 2010, 2011, 2012, 2015) "Qızıl top" sahibi sayılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar