Suriya müxalifəti vahid ordu yaratdığını elan edib

AzPolitika.info xarici mənbələrə istinadla xəbər verir ki, Azad Suriya Ordusu sıralarına daxil olan silahlı qruplaşmalar mayın 1-də vahid hərbi blokun yaradıldığını elan ediblər.

Ölkədə fəaliyyət göstərən 37 silahlı dəstənin imzaladığı bəyanatda deyilir ki, Azad Suriya Ordusunun (ASO) hər hansı birinin nəzarəti altında olan əraziyə edilən hücum, bütün bloka edilmiş təcavüz kimi dəyərləndiriləcək və müvafiq güc cavabına səbəb olacaq.

Sənəddə həmçinin qeyd olunur ki, təxminən iki ay bundan əvvəl Suriyada elan olunmuş atəşkəs, faktiki olaraq pozulub - Bəşər Əsədin nəzarəti altında olan qüvvələr intensiv bombardmanlar həyata keçirir, xüsusilə də Aleppo şəhəri bombalanır.

«Biz heç vaxt və heç bir şəraitdə atəşkəsin dini mənsubiyyət baxımdan bölünməsi prinsipi ilə razılaşmayacağıq. Atəşkəs ölkənin bütün ərazisində tətbiq olunmalıdır» - deyə, ASO bəyan edib.

Qeyd edək ki, Suriyada atəşkəs fevralın 27-də qüvvəyə minib. Onun şərtləri BMT TŞ tərəfindən terrorçu qruplaşma elan edilmiş «İslam dövləti», «Cəbhət ən-Rursə» və bir sıra digər birləşmələrin fəaliyyət göstərdiyi ərazilərə şamil edilmir.

Atəşkəsin elan edilməsinə baxmayaraq, Aleppoda, Damask ətrafında və Latakiya yaxınlığında hərbi əməliyyatlar davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar