Şimali Koreyada evlənmək və ölmək qadağan olundu! - Qurultay olsun, kef olsun...

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasında (KXDR) Koreya Əmək Partiyasının (KƏP) 6-cı qurultayı ərəfəsində toy və yas mərasimlərinin keçirilməsi qadağan olunub. Hökumətdəki mənbələrə istinad etməklə, bu barədə xəbəri Cənubi Koreyanın «KVS» radiostansiyası yayıb.

«Şimali Koreyada gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir. Çinlə sərhədlərə və ölkə daxilində vətəndaşların hərəkətinə nəzarət gücləndirilib, Pxenyana giriş məhdudlaşdırılıb» - deyə, radiostansiya xəbər verir.

Bundan başqa, radionun məlumatına görə, «vətəndaşlara hər-hansı təntənəli mərasim - çoxlu sayda insanı cəmləşdirən toy və dəfn mərasimləri həyata keçirmək qadağan olunub».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar