Lavrov və Kerri yenidən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında təmkinliliyin bərpası üçün səyləri davam etdirmək lazımdır.

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi gündəlik brifinqdə bəyan edib.

Mayın 2-də Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

* * *

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.

“Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar”, məlumatda deyilir.

ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Ukrayna və Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar