Azərbaycanda vəzifəli şəxslər dəhşətli qəzaya düşdü: ölənlər var - ADLAR (YENİLƏNİB)

yol-polisi-qeza

Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 2-də saat 15 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi “Toyota” və Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub və “QAZ-3110” markalı avtomobildə yanğın baş verib. Nəticədə R.Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə R.Əkbərov xəstəxanaya yerləşdirilib. R.Haqverdiyev xəstəxanada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

* * *

Dünən Sumqayıt şəhərində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, "Stansiya Sumqayıt" adlanan ərazidə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarovun içində olduğu 10 AA 845 dövlət qeydiyyat nişanlı “Toyota Avalon” 38 BD 658 nömrə nişanlı “QAZ 3110”a çırpılıb. Nəticədə xidməti avtomobil yoldan çıxaraq aşıb. “QAZ 3110” isə yanmağa başlayıb.

Hadisə nəticəsində Teyyub Cabbarov xəsarət alıb. Onun sürücüsü, 1957-ci il təvəllüdlü Haqverdiyev Rüstəm Kamil oğlu və avtomobildə olan digər sərnişin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini 1955-ci il təvəllüdlü Ələkbərov Adışirin Balaşirin oğlu vəfat edib.

“QAZ 3110”da olan iki nəfər isə ağır xəsarətlər alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar