Nazir müəllimlərlə bağlı əmr imzaladı

mikayilTəhsil naziri ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə əmr imzalayıb.

Əmrdə “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi və 2016-2017-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apelyasiya komissiyasının tərkibinin təsdiq edilməsi qeyd edilib.

Əmrə əsasən ümumi təhsil müəssisələrində və peşə liseylərində olan vakant yerləri müəyyənləşdirərək 01.06.2016-cı il tarixədək müsabiqə üçün elan veriliəcək.

Müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) dəyişməsi üzrə 01-12 iyun tarixlərində, müəllimlərin işə qəbulu üzrə 01-17 iyul tarixlərində elektron ərizələr qəbul olunacaq. Müəllimlərin rayon (şəhər) daxili yerdəyişməsini 01-10 may tarixlərində təşkil olunacaq.

Vakant yerlər barədə məlumatların 22 may tarixinə kimi təqdim olunacaq.

Müsabiqə nəticəsində iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə müqavilələr yeni dərs ilinin başlanması, 15 sentyabr tarixənədək bağlanacaq.

Müəllimlərin işə qəbulu 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ ərizə qəbulu, ikinci mərhələr test imtahanı, üçüncü mərhələ vakant yerlərin seçilməsi, dördüncü mərhələ müsahibə mərhələsidir.

Müsabiqədə hazırda Təhsil nazirliyini sisteminə daxil olan ümumtəhsil məktəbləri və peşə liseylərində daimi əsaslarla işləyən müəllimlər, müəllimlərin işə qəbulu üzrə müsbaiqədə isə ali və orta ixtisas təhsili müəssisələrini pedoqoji ixtisaslar üzrə başa vuran və təhsilı haqqında dövlət sənədi almış, hazırda müddətsiz müqavilə ilə işləməyənlər və ya müddətli müqavilə ilə işləyənlər iştirak edə bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar