Ter-Petrosyan cəbhədə baş verənləri müzakirə etdi

Ermənistanın ilk prezidenti, erməni milli konqresinin lideri Levon Ter-Petrosyan Qarabağdakı  qondarma rejimin “rəhbəri” Bako Saakyanlagörüşüb. Anspress-in məlumatına görə,  görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Ter-Petrosyan və Saakyan əsasən  cəbhə xəttində baş verənlərdən  narahatlıqlarını  ifadə ediblər. Keçmiş prezident Qarabağa ötən gün gedib. Ter-Petrosyan  Qarabağa sonuncu dəfə 2007-ci ildə səfər edib.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Qarabağdakı  qondarma rejimin “rəhbəri” Bako Saakyan arasında görüş

Məlumata görə, Ter -Petrosyan Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılmasında israr edirdi.

Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib.  Sarkisyan gecə saatlarında qondarma rejimin "rəhbərliyi" ilə müşavirə keçirib.

Müşavirədə separatçı rejimin rəhbəri Bako Saakyan, eləcə də hərbçilər iştirak ediblər. Bu zaman təmas xəttindəki hərbi vəziyyət də müzakirə edilib.

Cəbhədə baş verən son hadisələrdən qorxuya düşən S.Sarkisyan hərbi hazırlığın artırılmasının əsas öhdəlik olduğunu deyib.

Cəbhədə vəziyyət gərginləşdikdən sonra - aprelin 4-də Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi Azərbaycan Ordusunun vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Qarşı tərəfin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar