AFFA iki sarı vərəqəni ləğv edib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda ölkə kubokunun 1/2 mərhələsinin ilk oyunları və Topaz Premyer Liqasının XXXIII turunun görüşlərində baş verənlər müzakirə olunub.

Kubokun “Neftçi” ilə görüşünün 84-cü dəqiqəsində qırmızı vərəqə alan Rəşad Sadiqov 1 oyun cəzalanıb, komandası “Qəbələ”ni 200 manat ziyana salıb. Həmin matçın 74-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Aleksey Qay və 86-cı dəqiqədə “Neftçi”nin üzvü Fəhmin Muradbəyliyə göstərilən sarı vərəqələrin ikisi də ləğv olunub. Buna səbəb matçı idarə edən baş hakim Əliyar Ağayevin epizodu düzgün qiymətləndirməməsidi.

Hakimlər Komitəsinə Ağayev haqda lazımi ölçü götürüb, İntizam Komitəsini məlumatlandırmaq tapşırılıb.

XXXII turunun “İnter” – “Sumqayıt” matçının 27-ci dəqiqəsində meydan sahiblərinin qapıçısı Kamran Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Matçın 90+1-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb və komandasını 2000 manat ziyana salıb.

“Zirə” – “Qarabağ” matçı başa çatdıqdan sonra qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimələnib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar